Gəncədə Ağdabanlı şair Qurbanın 150 illiyi qeyd edilib
31-07-2012, 11:15
Oxunub: 5 322

Qənirə Paşayeva: ”O insan bizim millətimiz var olduqca 300-400 il də yad ediləcək”A
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkilatçılığı ilə Gəncədə yerləşən Cəfər Cabbarlı adına Gəncə şəhər Dram Teatrında Ağdabanlı şair Qurbanın 150 illiyi ilə əlaqədar olaraq ədəbi-bədii gecə keçirilib.
Ədəbi-bədii gecədə Kəlbəcər rayon İcra Başçısı Vidadi Məhərrəmov, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi Məhərrəm Qasımlı, Aşıq Şəmşirin oğlu Qəmbər Şəmşiroğlu, Türkiyədən gəlmiş tanınmış sənətçi Nursaç Doğanişık, BAMF-n sədri Umud Rəhimoğlu, AQB-nin rəhbəri Adnan Fişəng, Təbriz-Qaradağ Aşıqlarının sədri Böyük bəy Ələkbəroğlu, aşıqlar qrupu, ziyalılar, folklorşünaslar, elm adamları və rayon ictimaiyyəti iştirak edib.
Tədbirə açılışı ədəbiyyatşünas, folklorşünas, şair Məhərrəm Qasımlı etdi. O, ilk növbədə tədbirə gələn hər bir kəsi salamladı və iştirakları üçün öz dərin minnətdarlığını ifadə etdi. Folklorşünas alim Ağdabanlı şair Qurbanın həyat və yaradıcılıq yoluna geniş bir nəzər saldı və gələn qonaqlara bu şair haqqında geniş, ətraflı məlumatları çatdırıb.
Millət vəkili Qənirə Paşayeva isə vurğulayıb ki, saz və aşıq sənəti bir milləti öz ətrafında toplaya bilmək gücünə və iqtidarına malikdir: “Biz bu gün Dədə Qurbanın 150 illiyinə yığışmışıq, amma o insan bizim millətimiz var olduqca 300-400 il də yad ediləcək “.
Daha sonra səhnəyə Təbriz-Qaradağ aşıqlarının nümayəndələri dəvət olunub. Tədbir onların təqdim etdiyi “müxəmməs” ilə yekunlaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər