BolgeXeber.Com » Bölgə » Bölgələrdə də multimedia taksofonları quraşdırılacaq

Bölgələrdə də multimedia taksofonları quraşdırılacaq

9-08-2012, 22:35
Oxunub: 3 578 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi regionlarda multimedia taksofonları qurmağı planlaşdırır.

Bununla bağlı müəyyən hesablamalar aparılıb və taksofonların qurulacağı ərazilər müəyyənləşdirilib.

Nazirlikdən AzərTAc-a bildiriblər ki, universal tipli multimedia taksofonları həm kartla, həm də qəpiklə işləyəcək. Hazırda bölgələrdə 128 taksofon fəaliyyət göstərir. Bunların 66-si qəpiklə işləyir, 62 ədədi isə universal tipli taksofonlardır.