Bakı-Astara yolunda baş verən hadisə ilə bağlı rəsmi açıqlama yayıldı
10-08-2012, 15:25
Oxunub: 5 808
Daxili İşlər Nazirliyi yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.
Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da saat 23:00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Masallı rayon sakini Siyavuş Məmmədov "KamAZ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Şəmkir rayon sakini Maluzər Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşının qoşqusuna vurub və qoşqu aşıb.
Nəticədə Məmmədov hadisə yerində ölüb. Bununla əlaqədar hadisə yerinə gəlmiş Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin rəisi Vüsal Qaraşov və idarənin əməkdaşı Babagözəl Hacıyev həmin ərazidən keçən müəyyən edilməmiş avtomaşınla vurulublar.
Hacıyev hadisə yerində ölüb, xəsarət almış Qaraşova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Görülmüş tədbirlər nəticəsində hadisənin "Mitsubishi-Pajero" markalı avtomaşının sürücüsü, Ələt qəsəbə sakini Xasay İsmayılov tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər