Beyləqanda müəllimlərdən "haqq" yığlrlar
11-08-2012, 00:20
Oxunub: 5 156
Onların dediyinə görə, bunu rayon Təhsil Şöbəsi Həmkarlar Təşkilatının sədri edir
Beyləqanda müəllimlərin əmək haqlarından məcburi qaydada 2 faiz «haqq» tuturlar. Bu barədə TİA.AZ-a təhsil işçiləri məlumat veriblər. Onların dediyinə görə, qanuna əsasən həmin pul könüllü olaraq verilməlidir. Lakin rayon Təhsil Şöbəsinin Həmkarlar İttifaqının sədri Tahir Həsənov qanunu bir kənara qoyaraq, öz bildiyini edir.
Müəllimlər bildiriblər ki, T.Həsənov sözügedən vəzifəyə bir neçə aydır təyinat alıb. İşə başlayan gündən 2 faiz məsələsini gündəmə gətirən təşkilat sədri həmin vəsaiti özünə sərf edir. «Tahir Həsənov vəzifəyə keçəndən ancaq otağını bəzəməklə məşğuldur. Təşkilat üçün yığılan pullar azmış kimi, öz otağına da avadanlıq almaq üçün müəllimlərdən pul tutur. Kimsə də ona bir söz demir. Çünki arxasında dayanan adamlar var».
Bizə danışan təhsil işçiləri vurğulayırlar ki, Tahir Həsənov müəllimlərə verilməli olan güzəştli sanatoriya putyovkaları da kəsib. Dhaa doğrusu, həmin putyovkanı ancaq yaxın adamlarına verir. «Ondan bu barədə soruşanda deyir ki, putyovka yoxdur. O daha sonra «Təşkilatın pulu mənim cibxərcliyim belə etmir. İndi hardan pul tapıb sizə putyovka alım?» deyir».
Amma beyləqanlı müəllimlər TİA.AZ-a maraqlı bir statistik göstəricilər də təqdim ediblər. Həmin məlumatlara görə, hal hazırda rayonda Təhsil Şöbəsi Həmkarlar İttifaqının nəzdində 71 idarə, müəssisə və təşkilat var. Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəblərin sayı isə 50-dir. Rayonda 16 uşaq bağçası, 1 Uşaq yaradıcılıq mərkəzi, 1 Uşaq gənclər idman məktəbi və 1 Şahmat məktəbi fəaliyyət göstərir.
Məlumatda o da vurğulanır ki, bu idarə və müəssisələrdə işləyənlərin sayı 3119 nəfər təşkil edir. Onlardan həmkarlar ittifaqı üzvlərinin sayı 3119 nəfərdir.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes