Zaqatala Təhsil Şöbəsindən açıqlama gəldi
11-08-2012, 11:40
Oxunub: 8 233
Zaqatala rayonun təhsil sistemində xoşagəlməz halların olması barədə bəzi KİV-də gedən məlumatlara rayon təhsil şöbəsindən cavab gəlib.
Zaqatala RTŞ-nin müdiri Habil Qurbanov Bolgexeber.com-a bildirib ki, 07 və 18 may tarixlərində Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində rayonun təhsil müəssisələrinin bir qismi tam yararsız vəziyyətə düşmüşdü.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təhsil müəssisələrinə baxış keçirilmişdir.Rayonun 20 ümumi təhsil müəssisəsinin yenidən tikilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi xətti ilə 700 nəfərlik Şəhər 2 saylı tam orta məktəbində tikiti işləri keyfıyyətlə davam etdirilir.
Aşağı tala kəndində 3 tam orta məktəb üçün yeni binaların tikitisi nəzərdə tutulmuşdur.Tala 1 JV2 li tam orta məktəbi üçün 360 yerlik, Tala kənd 3 N»li tam orta məktəbi üçün 600 yerlik məktəb binalarının tikintisi başlanılmışdır.Tala kənd 5 saylı tam orta məktəbi üçün 360 yerlik binada inşaat işləri sürətlə davam etdirilir.
Rayonun Danaçı kəndində də 3 məktəb binası tikilir.Danaçı 1 saylı tam orta məktəbi 540, Danaçı kənd 2 JV2Iİ tam orta məktəbi 500 şagird üçün nəzərdə tutulmuşdur. Kənddə tikintisi nəzərdə tutulan 4 No li ibtidai məktəbi 60 yerlikdir.
Suvagil kəndində 2 orta məktəb üçün yeni binalar inşa edilir. Kənd 1 N2 li tam orta məktəbi 500, 2 N» li tam orta məktəbi 400 yerlikdir.
Gözbarax kənd və Mamrıx kənd tam orta məktəbləri üçün məktəb binalarının tikintisində əsaslı işlər görülüb qurtarmaqdadır.Gözbarax kənd tam orta məktəbi 500, Mamrıx kənd tam orta məktəbi 220 yerlikdir.
Rayonun 3 kəndində - Çobankol ,Göyəm və Sumaylıda 240 yerlik tam orta məktəb binaları tikilir.
Faldar kəndində tikilməkdə olan tam orta məktəbi 180 yerlikdir.
Əliabad qəsəbəsində 3 N« li tam orta məktəbinin 360 yerlik yeni binasındada tikinti işləri qənaətbəxşdir.
Rayonun Ələsgər kəndində 60, Cimcimax kəndində 70, Çüddülübinə kəndində 40 yerlik ümumi orta məktəb üçün binlaların tikitisi davam etdirilir.Qarqay kənd ümumi orta məktəbi üçün 3 sinifli yeni məktəb binasının tikintisi yaxın günlərdə başlanılacaq.
Dövlət Proqramı əsasında rayonun Bazar və Zəyəm kəndlərində tikilməkdə olan 180 yerlik orta məktəb binalarında və Muxax və Sabunçu kəndlərində ümumi orta məktəb üçün 80 yerlik yeni binaların tikintisində son tamamlama işləri aparılır.
2012-2013-cü dərs ilində rayonda cəmi 24 yeni məktəb binası tikilib istifadəyə veriləcəkdir.Hazırda yenidən tikilən məktəblərdə yüksək səviyyədə tikiti işləri aparılır.
Dövlər Proqramı əsasında tikilən 4 məktəbdədə tikiti işləri davam etdirilir.
2012-2013-cü tədris ili ərəfəsində rayon üzrə 24 ümumi təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılıb.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes