BolgeXeber.Com » Bölgə » Azərbaycanın cənubunu bürüyən zəlzələ indi yevlaxda hiss olundu (YENİLƏNİR)

Azərbaycanın cənubunu bürüyən zəlzələ indi yevlaxda hiss olundu (YENİLƏNİR)

11-08-2012, 17:40
Oxunub: 4 864 Təbrizdə baş verən 5,5 bal gücündə zəlzələ özünü Azərbaycan Respublikasının cənub rayonlarında da göstərdi.

Bolgexeber.com-un Astarada olan əməkdaşının verdiyi məlumata görə, səerəhd rayonunda az əvvəl (saat 17:00 radələrində) güclü yealtı təkanlar müşahidə olunub. Əməkdaşımız tikililərin durumu və itkilər barədə dəqiq məlumata malik olmasa da, bildirib ki, rayon mərkəzində və ətraf kəndərdə insanlar təşviş içindədir, ciddi dağıntı halları müşahidə olunmayıb.

Qeyd edək ki, eyni vaxtda Təbrizdə də zəlzlənin baş verməsi barədə məlumat yayılıb. Sosial şəbəkələrdəsosial şəbəkələrdə yayılmış məlumatalara əsasən bildirir ki, zəlzələ qeydə alını ərazilər sırasında Gəncə, Lənkəran, Yardımlı, İmişli və Saatlı var.

Yayılmış xəbərlərdə bildirilir ki, təkanlar elə də güclü olmayıöb. Dağıntı və təlafat haqqında da məlumat yoxdur. Yalnız Yardımlı rayonunda yeraltı təkanlar 5 dəfəyə yaxın təkrarlanıb və rayonda əhali narahatdır.

Bildirək ki, az öncə Ərdəbil və Təbrizdə də zəlzələ qeydə alınıb. Təbrizdəki zəlzələnin gücü 5,5 bal olub.

***
Son məlumatlara görə, Salyan və Naxçıvanda da zəlzələ qeydə alınıb. Təkanların güclü hesab olduğu məkan isə İmişli hesab olunur.

İmişlidə daha iki təkan qeydə alınıb. Masallıda da zəlzələnin olduğu deyilir. İlkin məlumatlara görə, Masallıda ard-arda 3 təkan qeydə alınıb. Hər hans rəsmi açıqlama hələlik yoxdur.

***

Sosial şəbəkələrdə yayılan son məlumata görə, Yevlax rayonunda da yeraltı təkan müşahidə olunub.