BolgeXeber.Com » Bölgə » Bərdədə şübhəli avtomobildən 260 kq at əti çıxdı (VİDEO)

Bərdədə şübhəli avtomobildən 260 kq at əti çıxdı (VİDEO)

13-08-2012, 23:50
Oxunub: 3 556 İşbazların əti Bakıya aparmaq planı baş tutmayıb

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxta satılmaq üçün rayondan aparılan 260 kq at əti aşkar edilib. Mənşəyi məlum olmayan əti daşıyan “Mercedes” markalı avtomobilin sürücüsü ətin Zümürxan kənd sakinləri Anar və Ceyhun adlı şəxslərə məxsus olduğunu bildirib. Onlar sürücüyə aparacağı yükün dana əti olduğunu deyiblər.

Sürücünün ifadəsinə əsasən həmin şəxslər artıq müəyyən edilib. Rayon Baytarlıq İdarəsindən də ətin at əti və istifadəyə yararsız olduğu bildirilib. 15 ədəd torbaya yığılan ət yandırılaraq zərərsizləşdirilib.