BolgeXeber.Com » Bölgə » Ağdam icra başçısı rayon məmurlarından pul yığır?

Ağdam icra başçısı rayon məmurlarından pul yığır?

14-08-2012, 01:10
Oxunub: 4 834 Ağdam icra başçısından şikayət edən vətəndaş onu korrupsiyada ittiham edir

Bolgexeber.com saytının elektron ünvanına məktub yazan vətəndaş Ağdam RİH başçısı Nizami Sadıqovdan şikayətçidir. Məktubda imza qoyulsa da, vətəndaşın təhlükəsizliyini nəzərə alaraq, onun xahişi olmadan məktubu olduğu kimi, lakin imzasız oxucularımıza təqdim edirik:

"Ölkə prezdenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, korrupsiya və rüşvət cəmiyyətimizin ağır bəlasıdır və bu bəladan qurtulmaq üçün hər bir vətəndaş bizə dəstək olmalıdır. Mən də cənab prezidentimizə dəstək olmaq üçün, əlimdə olan faktı mətbuata təqdim edirəm.

Ötən həftənin 6 - cı günü, yəni avqustun 11 – də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov ölkə prezidentinin korrupsiya və rüşvətlə mübarizə aparmaqla bağlı çağırışına məhəl qoymayaraq, istirahət günü idarə, müəssisə və təşkilatların rəhbərlərini İH-nin aparatına çağıraraq, fövqəlada toplantı keçirmişdir. O, bütün məmurlara ciddi şəkildə tapşırıb ki, ölkə prezidentinin tapşırığı ilə, rayonda İnformasiya Mərkəzi tikiləcək. Həmin mərkəzin tikintisinə dövlət pul ayırmadığından, həmin tikintiyə çəkiləcək xərci siz ödəməlisiniz. Ona görə də hər bir idarə müdiri bu ayın 20 - ə qədər 5000 manat, bu ayın 20 dən sonra isə yenidən 5000 manat pul verməlidir. Hətta icra başçısı müavinlərinində hər birinin ümumilikdə 5000 manat pul verməsini tələb edib. Qeyd edək ki, icra başçısının bu tapşırığı, məmurları şoka salıb. Çünki bu günə qədər rayonda dəfələrlə pul yığılsada, heç vaxt icra başçısı özü göstəri verməyib və məbləğ bu qədər də yüksək olmayıb.
Hörmətli mətbuat işçiləri!
Xahiş edirik bu məsələyə diqqətlə yanaşın. Ölkə prezidentinin rüşvətlə bağlı apardığı mübarizə siyasətinə, öz çirkin niyyəti ilə kölgə salan İcra başçısı ilə bağlı araşdırma aparın. Artıq bir neçə idarə müdiri bu siyasətə dözməyərək, istefa ərizəsini yazıb.
Qeyd edim ki, korrupsiya ilə mübarizə aparmalı olan orqanın rəhbəri, yəni rayon prokuroru, millət vəkili Bahar Muradovanın qohumu Kamran Əhmədov isə icra başçısının məmurlardan rüşvət tələb etməsinə, qorxusundan göz yumur.
xahiş edirəm bu məsələyə diqqətli olun, cəbhədə sizləri qoruyan ağdamlılara yazığınız gəlsin".

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.