Ağcabədi icra başçısının müavini qoluzorlu çıxıb?
14-08-2012, 15:35
Oxunub: 6 913
Rövşən Əhmədov rayon sakinini haqsızca döyməkdə və öz cinayətini ört-basdır etməkdə ittiham edilir
Bolgexeber.Com-a daxil olan şikayət məktubunda Ağcəbədi rayon sakini Ramiz Səfərovun ailəsi həmin rayonun cira başçısının müavini Rövşən Əhmədovun onlara qarşı zorakılıq etdiyini bildirirlər.
Bildirilir ki, R.Səfərov ürək qüsuru olan 8 yaşlı qızı Fiqurəni təcili olaraq özünün idarə etdiyi avtomobildə həkimə apararkən, R.Əhmədov onu saxlayaraq yanından sürətlə keçdiyinə görə söyməyə və zərbələr endirməyə başlayıb. Şikayət məktubunda yazılanlara görə, Ramiz Səfərov təhqirlərə cavab verərkən, Rövşən Əhmədovun qardaşı Əliş də məsələyə qarışıb və iki qardaş Ramiz Səfərovu yerə yıxaraq vəhşicəsinə döyməyə başlayıblar. Hətta Rövşən Əhmədovun ayaqlarına düşən 8 yaşlı Fiqurənin yalvarışlarına baxmayaraq ona u da itələyib kənara atdığı və qızcığazın gözü qarşısında atasını vəhşicəsinə döydüyü deyilir.
Qeyd olunur ki, ağır vəziyyətdə olan zərərçəkmişin xəstəxanada qalmasına da imkan verilməyib və hər hansı yardım göstərilməyib. Əksinə, Ramiz Səfərovun polisə müraciət edəcəyi halda öldürməklə hədələndiyi də deyilir. Yaxınları bildirirlər ki, daxili orqanları da zədələnən xəstənin vəziyyəti get-gedə ağırlaşır və əmək qabiliyyətini itirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər