Sabirabadda Lenindən Rəsulzadə düzəldiblər
16-08-2012, 13:40
Oxunub: 5 358
Rayonda SSRİ dövründən qalmış büstün baş hissəsinə əl gəzdirərək onu ADR-in qurucusuna oxşatmışlar
Sabirabaddan aldığımız məlumata görə, Sovet dönəmində rayonun mərkəzində Siyasi Büronun üzvlərinin şəkilləri ilə bəzədilmiş mərmər divarın qarşısında Leninin büstü olub.
Məlumatda deyilir ki, 1992-ci ildə isə hakimiyyətə gələn AXC həmin büstün baş hissəsini bir qədər düzəldərək onu Rəsulzadəyə bənzətməyə çalışıb. Həmin şəxslər deyirlər ki, bununla bağlı dəfələrlə rayon rəhbərliyi qarşısında məsələ qaldırsalar da, nəticə olmayıb. Onların sözlərinə görə, bu Məmmd Əminə sayğısızlıqdır.
Məsələ ilə bağlı Sabirabad müxalifətçiləri isə iddia edirlər ki, Rəsulzadənin büstü 1992-ci ildə tökmə metaldan hazırlanıb. Onlar həqiqətən də rayonda Leninin büstünün olduğnu bildirsələr də, onun indiki Rəsulzadənin büstünün yerində olmadığını deyirlər.
Bu deyilənlərə aydınlıq gətirmək o qədər də çətin deyil.
Büstə adicə baxışlada görmək olar ki. büstün necə deyərlər bədən hissəsi Lenininindir. Leninin məşur caatı cibində, həmişə heykəllərində. büstlərində gördüyümüz kostyumu da yerində.
Rayonun yaşlı sakinləri də deyirlər ki. onlar həmin Leninin büstünü 1970-ci illərdən orada görmüşlər, hər iclas olanda büstün qarşısına gül qoyulurdu. Arxa tərəfində də o vaxtki SSRİ hökumətinin başçılarınin səkilləri asilmışdı.
1992-ci ildə 3 ay rayonun İcra başçısı olan Əsgər Əsgərovun göstərişi ilə Leninin büstünü Məmməd Əminə oxşatmışlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər