BolgeXeber.Com » Bölgə » Sabirabad rayon Məhkəməsində özbaşınalıq

Sabirabad rayon Məhkəməsində özbaşınalıq

23-08-2012, 17:30
Oxunub: 7 357 Rayon sakinləri bu məsələ bağlı prezident Ilham Əliyev də şikayət ediblər

Son vaxtlar Azərbaycan Məhkəmələrində baş verən qanun pozuntusu və məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında silsilə yazılar dərc olunur. Məhkəmələrdə yol verilən qanun pozuntuları, şəxsi maraqlar, vətəndaşların hüquqlarının hakimlər tərəfindən tapdalanması hər kəsə məlumdur. Dəfələrlə televiziya ekranları qarşısında cəzalandırılan hakimlər və məhkəmə sədrləri hələ də digərlərinə göz dağı olmamışdır. Bir sözlə desək “Köhnə hamam, köhnə tas” məsələsi olmuşdur. Bu gün xüsusən qanun pozuntuları, vətəndaşların incidilməsi, şəxsi maraqlara görə çıxarılan qərarlar rayon məhkəmələri tərəfindən həyata keçirilir. Ötən gün Xalqxeber.İnfo saytına məktub ünvanlayan Sabirabad rayon Çöl-Ağammədli kənd sakini Paşayeva Nişanə Maarif qızı Sabirabad rayon Məhkəməsinin İcraçılar Bölməsindən şikayətlənir. Nişanə xanım ərizəsində bildirir ki, Sabirabad rayon Məhkəməsinin sədri Ağarza Səmədovun 22 fevral 2012-ci ildə çıxardığı qərara əsasən iki övladım yəni 04.01.2007-ci ildə anadan olmuş Paşayev Sərxan Qəşəm oğlu və 07.05.2009-cu ildə anadan olmuş Paşayeva Səbinə Qəşəm qızının keçmiş həyat yoldaşım Paşayev Qəşəm Hidayət oğlundan alınaraq mənə verilməli idi. Amma belə olmadı. Belə ki, İcraçılar bölməsinin rəisi İlkin Əzizov və İcraçılar bölməsinin icra məmuru Çingiz Muradov keçmiş həyat yoldaşımdan pul alaraq, oğlum Paşayev Sərxan Qəşəm oğlunun mənə verilməsinə mane oldular. Baxmayaraq ki, hakim qərar etmişdi amma bu qərara məhəl qoyan olmadı. Yəni oğlum Sərxanı mənim əlimdən alan icraçılar qərarı saymaraq , məni balamdan etdilər. Artıq neçə aydır ki, mən icraçılar bölməsinin rəisi və icra məmuru Çingiz Muradovun ucbatından oğlumun üzünə həsrət qalmışam. Bu iki şəxs öz maraqlarına görə, məni balamdan edərək gözü yaşlı qoyublar. Bir neçə vaxt bundan öncə icraçılar bölməsinin icra məmuru Çingiz Muradov məni məhkəməyə çağıtdıraraq, bir kağıza qol çəkməyimi tələb etdilər. Mənimdə hüquqi savadım olmadığı üçün yəni savadsız olduğuma görə, həmin kağıza imza atdım. Nə bilərdim ki, bu imza məni ay balama həsrət edəcək. Belə ki, məni imza atdırılmış kağızda qeyd olunur guya mən oğlum Paşayev Sərxan Qəşəm oğlundan 6 aylıq imtina edirəm. Hansı ana öz doğma balasından imtina edər ? Bu insanlığa sığarmı heç ? Bir sözlə desək mənim imza atmağım oğlum Sərxanı məndən etdi. Dəfələrlə icraçılar bölməsinə uşağımın mənə qaytarılması üçün köməklik göstərmələrini istəsəmdə müsbət cavab ala bilməmişəm. Artıq neçə aydır ki, bir qızımla atamın ocağında qalıram. Birinci növbədə oğlumun mənə qaytarılmasına, ikinci növbədə isə iki uşağımla mənim keçmiş həyat yoldaşımın evində yaşamaq hüququmun olmasını nəzərə alaraq, təmin edilməsini hakimdən xahiş etmişəm. Amma bu iki müraciətin boşa çıxıb. Çox maraqlıdır ki, Sabirabad rayon məhkəməsinin hakimləri və icraçılar bölməsinin əməkdaşları nəyə görə, bu qanunsuzluğa yol verirlər. Axı məndə Azərbaycan vətəndaşıyam və dövlətimə, xalqıma ən əsası ölkə başçısına xidmət edirəm. Heç bir ana istəməz ki, balasına həsrət qalsın və doğma övladı özgə ana himayəsi altında böyüsün. Nəzərinizə çatdırım ki, keçmiş həyat yoldaşım iki aydan çoxdur ki, ailə həyatı qurub və mənim oğlum Paşayev Sərxan özgə ana himayəsi altında böyüyür. Bu məlumatı icraçılar bölməsi də bilir amma belə bir qanunsuzluğa göz yumur. Onu da qeyd edim ki, keçmiş həyat yoldaşım Paşayev Qəşəm Hidayət oğlu saxta sənəd hazırlayaraq hərbi xidmətə getməyib. Hər 3 ildən bir 300 manat pul müqabilində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirbad rayon şöbəsində həkim tibbi komissiyasından keçir. Sənədlərində də qeyd edirlər ki, guya bu xəstədir. Əslində bunu xəstə edən verdiyi pullardır.

Hörmətli redaksiya bir sözlə desək Sabirabadda bu şəxsə gözün üstündə qaşın deyən yoxdur, çünki həm rayon məhkəməsini, həm də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirbad rayon şöbəsini pul ilə ağzını bağlatdırmağı bacarır. Mən Sabirabad rayon məhkəməsində xüsusəndə icraçılar bölməsində baş verən özbaşınalıqla bağlı Prezident İlham Əliyevə, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova, ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlamışam.

İnanıram ki, İcraçıalr Bölməsinin özbaşınalıqlarına son qoyan tapılacaq və mənim kimi anaların gözü yaşlı qalmayacaq. Dövlət başçısına Allahdan uzun ömür cansağlığı diləyirəm.

Müraciət əsasında əməkdaşımız İcraçılar bölməsinin icra məmuru Çingiz Muradovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. Çingiz Muradov əməkdaşımıza bildirmişdir ki, biz işi geri qaytarmışıq, əgər ana uşağını istəyirsə yenidən iddi ərizəsi ilə məhkəməyə müraciət etsin. Əməkdaşımız işin geri qaytarılmasına dair sənədin bir nüsxəsini niyə görə, cavabdehə göndərməmisiniz sualını verəndə O, bildirmişdir ki, mən sizə şifahi cavab verə bilmərəm deyərək konkret cavab verməkdan yayınmışdır.

P.S. Biz burdan belə başa düşürük ki, Sabirabad rayon məhkəməsinin icraçılar bölməsinin icraçıları bir şüar altında işləyir.
Dərin dünyavi dərviş,
Pulla görülür hər iş.
Pulun varsa giriş,
Pulun yoxsa sürüş.

Xalqxeber.İnfo