Tərtərdə 4 nəfər azadlıqdan məhrum olunub
25-12-2010, 21:15
Oxunub: 7 160

Onlar rayonda baş vermiş kütləvi davada günahlandırılıblar
Bu ilin iyul ayında Azərbaycanın Tərtər rayonunda bir qrup məcburi köçkünlə yerli sakinlər arasında baş vermiş toqquşma ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
İnsidentlə bağlı hər iki tərəfdən iki nəfər olmaqla davanın 4 iştirakçısı - Məhərrəmov Rövşən Sərdar oğlu, Dünyamalıyev Ramiz Xanəli oğlu, Paşayev Rövşən Ənur oğlu, İbrahimov İlqar Davud oğlu Tərtər rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Tərtər rayon Məhkəməsindən APA-nın Qarabağ bürosuna faktı təsdiqləyiblər.
Məhkəmə prosesi başa çatana qədər sözügedən kütləvi davada iştirak etmiş hər iki tərəfdən beş nəfər olmaqla Tərtər Məhkəməsinin qərarı ilə 10 iştirakçının - Məhərrəmov Rövşən Sərdar oğlu, Paşayev Rövşən Ənur oğlu, Məmmədov Nurəddin Cahangir oğlu, Musayev Kənan Hacı oğlu, Atayev Mətləb İman oğlu, Dünyamalıyev Ramiz Xanəli oğlu, Dünyamalıyev Akif Xanəli oğlu, Həsənov Mürşid Şamil oğlu, İbrahimov İlqar Davud oğlu və İbrahimov Zülfüqar Davud oğlu barəsində CM-nin 221.2.1, 221.2.2 və 221.3 maddələri ilə həbs qəti imkan tədbiri seçilib. Onlardan yalnız 4-ü azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Hadisə zamanı rayonda xeyli sayda ticarət və iaşə obyektinə zərər dəyib, polis əməkdaşı və 10 yerli sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tərtər və Ağdam Mərkəzi Rayon Xəstəxanalarına yerləşdiriliblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər