Astarada kütləvi dava: məhkəmə icraçılarına və polislərə hücum oldu
6-09-2012, 20:10
Oxunub: 6 245

[justify]Bu gün Astara rayonunda kütləvi dava düşüb. İnsan Hüquq və Azadlıqları Müdafiə təşkilatının sədri, hüquq müdafiəçisi Rasim Əlizadənin Bolgexeber.com-a verdiyi məlumata görə, hüquqlarını müdafiə etdiyim Astara rayon Siyəkü kənd sakini Qurbanova Həqiqət Yaqanəli qızı səxsi torpağının Muradov Malik və Muradov Şahismayıl tərəfindən qanunsuz olaraq zəbt olunmasına dair iddia qaldırıb. Astara rayon məhkəməsi 15 mart 2010-cu il tarixdə Qurbanova Həqiqət Yaqanəli qızının iddiasını təmin edərək, xeyrinə qətnamə çıxarıb. Qətnamədə qeyd olunub ki, qeyri-qanuni olaraq zəbt edilmiş torpaqlar əsl sahibinə təhvil verilsin və boşaldılsın. Artıq 2 ildir ki, cavabdeh Muradov Malik və Muradov Şahismayıl məhkəmənin qərarını saymayaraq qanunsuz olaraq zəbt etdikləri torpaqları boşaltmaq istəmirlər. Astara rayon məhkəməsinin icraçılar bölməsinin icra məmurları Aqşin və Sənan adlı şəxs qətnamənin icrası üçün 06.09.2012-ci il tarixinə vaxt təyin etmişdi. Qətnaməni icra etmək üçün icra məmurları, polis və zərərçəkmiş Qurbanova Həqiqət yaqanəli qızı həmçinin onun qohumları mübahisəli əraziyə getmişlər. Ərazini zəbt etmiş Muradovlar ailəsi başlarına kütləvi şəkildə insanlar yığaraq, icraçılara, polislərə həmçinin zərərçəkmişlərə daş və taxta ilə hücüm çəkərək, nəlayiq söyüşlər işlətmişlər. Hücum çəkənlərdən ( Məlik, Faiq, Bəkir, Hümbətəli, Səidə, Əsməgül, Şahismayıl və Şahmayıl ) adlarını çəkə bilərəm. Hücum zamanı Qurbanova Həqiqətin qayını Qulamov Fərhad və qohumu Malikova Himayət xəsarət alaraq, Lənkəran şəhər Xəstəxanasına çatdırılmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra hər iki şəxs evə buraxılıb. Məhkəmə icraçıları vəziyyətin çətin olduğunu görüb, icraatı qeyri-müəyyən təxirə salıb.
Hüquq müdafiəçisi onu da qeyd etdi ki, hadisə zamanı ərazidə olan polis əməkdaşları niyə görə, yardımcı polis çagırmadılar və niyə ciddi tədbir görülmədi. Hələ də adları qeyd olunan şəxslər çöldə əlini-qolunu sallayaraq azadlıqda gəzir. Bir sözlə bu o deməkdir ki, Həqiqət Qurbanovanın və onun ailəsinin həyatı təhlükə altındadır. Astara polisinin buna göz yumması şübhə altındadır. Baş vermiş hadisə ilə bağlı Ədliyyə nazirliyinin qaynar xəttinə və Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat vermişik. İnanırıq ki, müraciətimiz müsbət nəticə verəcək.
P.S. Əvvəllər deyərdik mənim polisim məni qoruyur, indi isə deyirik ki, ya Rəbbim məni polisdən qoru!
[/justify]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər