Saatlının icra başçısı vurulacaq?
7-09-2012, 14:05
Oxunub: 6 635

[justify]
Siraqəddin Cabbarovun vəzifədən uzaqlaşaçağı gözlənilir
Əyalətlərdə davamlı olaraq baş qaldıran narazılıqlar yeni formatda qabarır. Bir tərəfdə aksiyalar keçirən əhali, digər rayonlarda isə bunun üçün hazırlıq görürlər. İcra başçılarının yarıtmaz fəaliyyətinin nəticəsi olaraq üzə çıxan problemlərin həlli üçün isə əhali başqa yol görmür.
Bildirək ki, hal hazırda gərginliyin episentri Saatlı hesab olunur. Belə ki, Saatlının bir neçə kəndinin əhalisi ayağa qalxaraq, yerli icra nümayəndələrinin dəyişdirilməsini, Kür daşqınlarından əziyyət çəkənlərin problemlərinin həllini tələb edirlər.
İndiyə qədər bir neçə kəndin sakinləri bununla bağlı aksiya keçirib və hər an yürüşlər başlaya bilər. Rayondan aldığımız məlumata görə, aksiya keçirilməsi üçün təbliğatlar aparılır. Rayon rəhbərliyi isə bu insanların qarşısına çıxaraq, onları dinləmək əvəzinə, onların üzərinə polis göndərməyə hazırlaşır. Sakinlər isə bildirirlər ki, bu şəkildə davam edərsə, onların qarşısını nə polis, nə də başqa bir qüvvə ala bilməyəcək. Çünki onlar bütün qüvvələri ilə tələblərinin yerinə yetirilməsini reallaşdıracaqlar.
Eyni zamanda, sosial vəziyyətin ağırlığı da əhalinin digər təbəqəsini hərəkətə gətirib. Ötən günlərdə keçirilən aksiyaların yenidən təkrarlanacağı gözləntisi var.
Saatlıda sahibkarlar etiraza hazırlaşır
Hələ bir müddət əvvəl rayonun icra başçısı Siraqəddin Cabbarovun həyata keçirdiyi «yenidənqurma» işləri nəticəsində yol kənarındakı bütün dükanlara ziyan vurmuşdu. Bununla bağlı sahibkarlara ciddi ziyan dəydiyindən onlar icra başçısının qanunsuz əməllərə son qoyulmasını tələb etmişdilər. Lakin icra başçısı onların tələblərini dinləməyib.
Aldığımız məlumata görə, Siraqəddin Cabbarovun adamları Saatlıdakı sahibkarlarla danışıqlara başlayaraq, onlardan pul tələb edib.
Mənbə bildirir ki, yaxın günlərdə bununla bağlı sahibkarlar Saatlı rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, aksiya keçirəcəklər. Onlar Siraqəddin Cabbarovdan yaranmış problemin aradan qaldırılmasını tələb edəcəklər.
Maraqlı məqam odur ki, bu rayonda təkcə sahibkarlar deyil, həmçinin bir neçə kəndin sakinləri də aksiya keçirməkdə qərarlıdırlar. Buna səbəb isə onların torpaq sahələrinin müəmmalı şəkildə əllərindən alınmasıdır.
Mənbə bildirir ki, kəndlilər artıq bununla bağlı bir neçə dəfə yerli icra nümayəndəsinə xəbərdarlıq ediblər. Amma onların tələbləri yerinə yetirilməyib. Bundan sonra isə qərara alıblar ki, onların haqları olan torpaqların geri qaytarılmasını tələb etmək üçün aksiya keçirsinlər. Hətta belə bir məlumat da var ki, Saatlıda sahibkarlarla torpaqlarını itirmiş kəndlilərin aksiyası eyni gündə keçiriləcək.
Saatlını kim idarə edir?
Saatlı rayonu müxalifətin aktiv olduğu bir yaşayış məntəqəsidir. Bu rayonun rəhbərliyi daha operativ və ayıq olmalıdır ki, təxribatlar və təhlükəli olaylar baş verməsin. Amma Saatlıda deyilənlərin tam tərsi hakimdir. Çünki rayonun icra başçısı Siraqəddin Cabbarov bir gün rayonda, başqa gün isə Bakıda olur.
Bəs, rayonu kim idarə edir? Bu maraqlı sualla bağlı Saatlıda apardığımız araşdırmalar və müşahidələr nəticəsində məlum oldu ki, icra başçısı Siraqəddin Cabbarov kağız üzərində rayona rəhbərlik edir. Əsl həqiqətdə isə bütün işləri əvvəllər rayonda ƏSMM-nin direktoru olmuş İlham Quliyev aparır. İlham Quliyev hal-hazırda icra başçısının birinci müavini vəzifəsində çalışır.
Onuda qeyd edək ki, İlham Quliyevin qəbuluna düşmək müşkül məsələyə çevrilib. Bir sözlə desək rayonda özbaşınalıq hökm sürür.[/justify]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər