Qərib Məmmədovun işçisi həbs olundu
7-09-2012, 18:45
Oxunub: 3 500

[justify]Qərib Məmmədovun işçisi bələdiyyə sədrindən 110 min manat pul alıb…
Qəzetimizin ötən sayında xeyli sayda vətəndaşın şikayəti əsasında uzun müddət qanunsuz torpaq alqı-satqısı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müdiri Həsən Əhməd oğlu Həsənovla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açıldığı barədə yazı dərc etmişdik. Yazıda qeyd olunurdu ki, Həsən Həsənov 1974-86-cı illərdə Bərdə rayonunda “Aqroprom”un sədri işləyərkən məhkəmənin qərarı ilə 10 il müddətində həbs olunub. Sonradan isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov keçmiş məhbusu rayon şöbəsinə müdir təyin edib. Ancaq Həsən Həsənov köhnə xasiyyətindən əl çəkməyib. Ona görə də onunla bağlı cinayət işi açılıb. Həsən Həsənov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Rəsulov tərəfindən dindirilir. Həsən Həsənovun qardaşı və torpaq alverində birbaşa iştirak edən Vaqif isə hər yerdə deyir ki, Fuad Rəsulovla dostam, onunla tez-tez görüşürəm və məsələni 65 min manatın hesabına yoluna qoymuşam.
Mənbəmiz bildirir ki, Həsən-Vaqif qardaşları bu gün də dolayı yollarla torpaq alqı-satqısı ilə məşğuldurlat. Əhalinin pay torpaqlarını çox ucuz qiymətə, müxtəlif yollarla əlindən alıb kənar şəxslərə satırlar. Hətta bu yaxınlarda Vaqif bir bələdiyyə sədrindən 110 min manat pul alaraq qardaşı Həsən Həsənova verib. Digər tərəfdən Həsən Həsənovun qardaşı Vaqiflə bağlı Nəsimi rayon prokurorluğunda iş açılıb. Burada isə söhbət Vaqifin Nəsimi rayon sakini olan bir qadını aldadaraq dələduzluq yolu ilə ona 72 min dollar atmasından gedir. Mənbə bildirir ki, Vaqif hər yerdə özünü kürd mafiyasının üzvü, Vedi cəmiyyətinin seçilmiş üzvü olduğunu söyləyir.
Mənbənin verdiyi son məlumata görə dünən torpaq şöbəsinin müdiri Həsən Həsənov həbs olunub. Ancaq səhhətinin kəskin pisləşməsinə görə Bərdə şəhər mərkəzi xəstəxanasında polis nəzarəti altında müalicə olunur.
Dəfələrlə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin saytında Həsən Həsənovun adına olan +(994110) 5-62-72, +(99450) 311-44-58 telefonlarla əlaqə saxlamağa çalışsaq da bir nəticə olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.[/justify]
Çox Oxunanlar
- 4-11-2023, 18:40 : Azərbaycan XİN Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 3-11-2023, 17:24 : Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi
Gündəm / İdman
- 8-11-2023, 16:52 : Laçında bu evlər təbii qazla təmin olundu
Bölgə / Xəbərlər
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 6-11-2023, 09:32 : MY onu göndərir, həmyerlisini gətirir
Gündəm / Dünya
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət