İcra başçısının iki müavini qəzaya düşdü
16-09-2012, 10:05
Oxunub: 5 646
Ucar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə dünən - sentyabrın 15-də saat 11:00 radələrində Ucar-Zərdab əsas magistral yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.
Ucar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Vaqif Mehdiyevin idarə etdiyi 10 AE 145 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil əks istiqamətdə hərəkət edən Qazyan kənd sakini Mahmud İbrahimovun idarə etdiyi 23 T 289 dövlət nömrə nişanlı traktorla toqquşub. Nəticədə V.Mehdiyev və sərnişini, Ucar Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Əbil Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, icra başçısının hər iki müavin Qazyan kəndində məktəb açılışına gedirmiş (APA).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər