BolgeXeber.Com » Bölgə » Füzulidə Diaqnostikası Mərkəzində rüşvət qalmaqalı

Füzulidə Diaqnostikası Mərkəzində rüşvət qalmaqalı

26-09-2012, 13:20
Oxunub: 3 835 Bi qrup məcburi köçkün rayonda fəaliyyət göstərən Diaqnostikadan şikayətçidirlər

Füzuli rayonunda inşa edilən diaqnostika mərkəzi haqda dəfələrlə pafoslu sözlər deyilib. Amma Bolgexeber.com-a daxil olan məlumatlar deyilənlərlə reallığın üst-üstə düşmədiyini göstərir. Belə ki, yerli sakinlər bu tibb müəsisəsində əsl bazar qanunlarının hökm sürdüyünü deyir.

Redaksiyamıza müraciət edən şikayətçilər burda ayrı-ayrı xidmətlərə xüsusi qiymət qoyulduğunu bildirir. Məsələnulturasəs müayinəsi 20 manat, qeyserlə doğuş 350-400 manat, sərbəst doğuş isə 200 manata başa gəlir. Bütün bu prosesin başında isə baş həkimin durduğu bildirilir. Baş həkim Cümşüd Məmmədovun yuxarılara təqdim etdiyi süni hesabatlardan fərqli olaraq diaqnostika mərkəzində rüşvət tüğyan edir.

Qeyd etməliyəm ki, Füzuli rayonunda inşa edilmiş müasir diaqnostika mərkəzi qabaqçıl texniki və avadanlıqlarla təchiz olunmuş və bu səhiyyə müəssisəsinin ərsəyə gətirilməsində əsas məqsəd isə əlbəttə ki, cəbhə bölgəsi əhalisinin doğma yerd yuvalarına bağlılıgını təmin etmək, onların keyfiyyətli tibbi xidmət üçün paytaxta və başqa şəhərlərə üz tutmaq məcburiyyətində qalmamasına nail olmaqdır. Daha ondan ötrü deyil ki, böyük bir diaqnostika mərkəzi baş həkim Cümşüd Məmmədovun cibinə işləsin.

Dəfələrlə Cümşüd həkimin (əgər ona həkim demək caizdirsə) təyin etdiyi rüşvət tarifləri barədə yazmışdıq. Həmçinin baş həkimin yuxarı instansiyalara verdiyi hesabat məlumatlarının həqiqətdən uzaq olduğunu bildirmişdik. Sanki biz yazdıqlarımız qalıb bir yana, Cümşüd Məmmədovun bu əməllərinə yuxarılardan dəstək duran kimsə var. Bu mövzuya əlavə edəcək daha bir ilginc məlumat əldə etmişik. Məlumata görə, doctor Cümşüd Məmmədovun qardaşlarından birinin ARDNŞ-nin departamentlərindən birində məhsul vəzifələrdən birində işləyir və Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə sıcaq münasibətləri var.Bildirilir ki, Cümşüd həkim bu bağlılığına fayda verdiyini artıq bir neçə dəfə sınaqdan çıxarıb və bu səbəbdən özünü “ toxunulmaz” hesab edir. Amma yox, o, bilməlidir ki, cəmiyyətdə heç kəsin belə “toxunulmazlıq statusu” yoxdur və torpaqlarımızın hələ də işğal altında qaldığı indiki vaxtda öz vəzifəsindən sui-istifadə etmək, dövlətin və xalqın mənafeyini şəxsi mənafeyinə qurban vermək VƏTƏNƏ XƏYANƏTDİR.

Onu da qeyd edək ki, bu tibb müəsissəsində çalışan şəxslər yüksək əməkhaqqı alır. Amma necə deyərlər öyrəncəli olmaq başqa şeydi…