AST Telman məhkəmə qarşısında
27-09-2012, 11:25
Oxunub: 3 771
İş adamının ofisanta 10 min dollar bəxşiş verməsi dava-dalaşa səbəb olub
Türkiyədə yaşayan Azərbaycan əsilli milyarder Telman İsmayılov restoranda qovğaya səbəbkar olub. Məlumata görə, iki ay əvvəl Telman İsmayılov Antalyada sahibi olduğu “Mardan Place” otelində qalan qonaqlarını Aksudakı bir restorana aparıb.
Qonaqları ilə birlikdə restoranda yeyib-içən Telman İsmayılov restorandan çıxan zaman bir ofisianta 10 min dollar bəxşiş verib. Bu qədər bəxşişi görən ofisiant gözlərinə inanmayıb, pulun az bir qismini bəxşiş qutusuna atıb, çoxunu isə cibinə qoyub. Digər ofisiantlar bundan şübhələnib və Telman İsmayılovun ona nə qədər pul verdiyini soruşublar. Aldıqları cavabla qane olmayan ofisiantlar yoldaşlarının üstünü axtarmaq istəyiblər. Bu isə dava-dalaşa yol açıb. Dava-dalaş nəticəsində restorana da ziyan dəyib. Restoran sahibi də ofisiantları məhkəməyə verib və dəyən ziyanın ofisiantlar tərəfindən ödənilməsini tələb edib. Restoran sahibi Telman İsmayılovun da şahid qismində dindirilməsini istəyib və məhkəmə də bunu məqbul sayıb. Bu xəbərdən şoka düşən Telman İsmayılov yaxın günlərdə məhkəmə qarşısına çıxaraq ofisianta 10 min dollar verib-vermədiyinə aydınlıq gətirəcək.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes