Masallı sakini bayram axşamı əmisi oğlunu güllələdi
31-12-2010, 12:40
Oxunub: 7 695

Hadisədə şübhəli bilinən Mirzə Cəfərov artıq saxlanılıb
Dünən axşam saat 20.30 radələrində Masallı rayonunun Təklə kəndində atəş səsləri eşidilib. Verilən məlumata görə, kənd sakini, 1964-cü il təvəllüdlü Mirzə Əlihüseyn oğlu Cəfərov öz doğma əmisi oğlu və həmkəndlisi 1949-cu il təvəllüdlü Abühüseyn Abı oğlu Abışova şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə 2 dəfə atəş açıb. Atəş nəticəsində ağır yaralanan Abühüseyn təcili olaraq Masallı rayon mərkəzi xəstaxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
“Xəstə cərrahiyə şöbəsinə ağır vəziyyətdə qarın boşluğunun ön divarının odlu silah yarası ilə huşsuz vəziyyətdə daxil olub. Təzyiqi, nəbzi olmayıb. Ağır vəziyyətdə cərrahi əməliyyata götürülüb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Odlu silah yarası qarın boşluğunun sağ tərəfindən keçib, sol tərəfindən çıxıb”, - deyə xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Fəxrəddin Nəzərov bildirib.
Masallı rayon polis şöbəsinin baş müstəntiqi Azər Bəhmənov bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerində olub və hadisəni törətməkdə şübhəli bilinən Mirzə Cəfərov rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanaraq şöbəyə gətirilib.
Onun sözlərinə görə, artıq faktla bağlı istintaq bölməsində araşdırmalara başlanılıb.
“Təklə kənd sakini Cəfərov Mirzə Əlihüseyn oğlu ilə əmisi oğlu Abışov Abühüseyn arasında şəxsi mübahisə yaranıb. Mübahisə zamanı Mirzə Cəfərov özünəməxsus ov tüfəngi ilə Abuhüseyn Abışova atəş açaraq bədən xəsarətləri yetirib. İş üzrə maddi sübut olan tüfəng götürülüb. Faktla bağlı araşdırma davam edir”, - deyə Azər Bəhmənov bildirib.
Qeyd edək ki, sözügedən şəxslərin hər ikisi spirtli içki aludəçisidirlər. Hadisədən bir gün əvvəl onlar möhkəm yeyib-içəndən sonra aralarında mübahisə yaranıb və sonda mübahisə dava-dalaşla nəticələnib. Söyüşən əmioğlular mübahisəyə dünən axşam aydınlıq gətiriblər. Mirzə Cəfərov əmisi oğlunun 44 BG 524 dövlət nömrə nişanlı "QAZ-24 markalı maşınının şüşələrini ov tüfənginin qundağı ilə sındırdıqdan sonra ona yaxın məsafədən 2 dəfə atəş açıb. İlkin istintaqa verdiyi ifadəsində Mirzə Cəfərov nəinki peşiman olduğunu, əksinə, əmisi oğlunu yerində öldürə bilmədiyinə təəssüfləndiyini bildirib. Fakt üzrə araşdırmalar davam edir. Hadisənin baş verməsinin dəqiq səbəbləri yəqin ki, istintaq zamanı bəlli olacaq. Masallı rayon mərkəzi xəstəxanasından aldığımız son məlumata görə, Abühüseyn Abışovun vəziyyəti kritik ağır olaraq qalır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər