Goranboyda şöbə müdirinin qnunsuzluqları haqda
17-10-2012, 10:25
Oxunub: 4 891
İlham Hüseynov kasıb valideynlərə necə divan tutmağa başlayib?
Bir müddət əvvəl yayılan məlumatlardan aydın oldu ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri valideynlərdən övladlarına ona məxsus mağazadan məktbəli geyimlər almasını tələb edir. Bu barədə valideynlərə istindaən yayılan xəbərdə qeyd olunurdu ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun Goranboyda (Gəncəyə gedən avtobusların dayandığı vağzalın yaxınlığında) paltar mağazası var və orda məktəblilər üçün geyimlər də satılır. Valideynlərin dediyinə görə, İ.Hüseynov rayondakı orta məktəblərin direktorlarına tapşırıb ki, şagirdlərə məktbəli geyimini ancaq ona məxsus mağazadan aldırsınlar: "İndi direktorlar valideynlərdən tələb edirlər ki, bir neçə gün müddətində hamı təhsil şöbəsinin müdirinə məxsus mağazadan məktəbli geyimi alsın".
Goranboyda təxminən 60 orta məktəbin olduğunu deyən sakinlər bildiriblər ki, təhsil şöbəsinin müdirinin mağazasında bir məktəbli geyiminin qiyməti 50-60 manatdır. Valideynlər deyiblər ki, təhsil şöbəsinin müdirinin bu göstərişi valideynlər arasında narazılıq yaradıb: "Tələb edirlər ki, bir neçə gün müddətində hamı gedib təhsil şöbəsinin müdirinə məxsus mağazadan məktəbli geyimi almalıdır. İşsizlik olduğu üçün çox adamın buna imkanı yoxdur. Həmdə məktəbli geyimlərini başqa yerdən ucuz da almaq olar. Amma bunlar tələb edirlər ki, hamı məktəbli geyimini təhsil şöbəsinin müdirinin mağazasından almalıdır", - deyə onlar qeyd ediblər.
İndi isə bu məsələ Goranboyda əməlli-başlı qalmaqala səbəb olub. Bu barədə Dia.az-a məlumat verən rayondakı qaynağın sözlərinə görə, kimlər ki, təhsil şöbəsinin müdirinin mağazasından övladına məktəbli geyimi almayıb - həmin valideynlər məktəb direktorları tərəfindən rəsmən incidilir.
Mənbəmiz iddia edir ki, rayon təhsil şöbəsinin müdirinin əlində təxminən 150-yə yaxın məktəbli forması qalıb: «Aydın olur ki, İlham Hüseynov bir məktəbli forması dəstini Bakı Tikiş Evindən 40 manat pul verərək nağd alıb. Yəni bu sezon şöbə müdiri 6 min manat zərərdədir. Halbuki gəlir götürmək niyyəti var idi. Zərərə düşdüyündən məktəb direktorlarına təzyiq edərək, onları da valideyenləri incitməyə vadar edir».
Mənbəmiz bildirir ki, hətta İlham Hüseynov onun dükanından məktəbli forması alan valideynlərin siyahılarını da tutubmuş: «Siyahı əsasında hərəkət edən şöbə müdiri digər şagirdlərdən ziyana düşdüyü pulu çıxara bilməsi üçün yeni standrat tətbiq etməyə başlayıb».
Mənbəmiz əlavə edir: «Elə valideynlər var ki, Çin istehsalı olan məktəbli formasını daha ucuz qiymətə - 20 manata alıb. Həmin formanın standartlara cavab vermədiyini iddia edən şöbə müdiri direktorları vadar edir ki, şagirdləri dərsə buraxmasın. Amma direktorlar da bildirir ki, onsuz da davamiyət zəifdir və belə olarsa, o zaman məktəbdə dərs keçməyə uşaq tapılmayacaq».
Hər halda, bir rayonun təhsil şöbəsinin müdirinin belə bir özbaşınalığına son qoymaq lazımdır.
Qarşı tərəfi də dinləmyə hazırıq...
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman