BolgeXeber.Com » Bölgə » Sabirabad DYP-də qeyri-adi icad

Sabirabad DYP-də qeyri-adi icad

17-10-2012, 17:40
Oxunub: 5 368 Sürücülük vəsiqəsi də “icarəyə” verilərmiş....

Son vaxtlar Yol Polisi sistemində neqativ hallar çoxalmaqda davam edir. Xüsusilə bölgələrdə dözülməz vəziyyət hökm sürməkdədir. Sabirabad rayon DYPX-də baş verən olaylar adamda ikrah hissi doğurur. İş o yerə çatıb ki, sürücülük vəsiqəsi də “icarəyə” verilir. Bunu Sabirabad rayon DYPX –i icad edib. Bolgexeber.com Sabirabad rayon Ulacalı kənd sakini Hüseynov Xaləddin Mətləb oğlu tərəfindən daxil olan şikayət məktubunu teqdim edir.
Məktubda deyilir:

Hörmətli Redaksiya!

“Bizim rayonda Sürücülük vəsiqəsi olmayan vətəndaşlar hər ay rayon DYPX-nin əməkdaşlarına 30 manat ödəməklə rayonda çox rahat avtomobil idarə edə bilirlər. Sabirabad DYPX –də çalışan Səmədov Əli, Əfqanov Qurban eləcədə onun rəhbərliyi Məmmədsadıq Nuriyev məndən də maşını sürücülük vəsiqəm olmadan idarə etmək üçün ayda 30 manat məbləğində ödəniş tələb etmişlər. Bu məbləği ödəyə bilmədiyim üçün maşını cərimə meydançasına apararaq pratakol tərtib etmişlər. Maşının meydançaya aparılması zamanı mühərrik işə düşmədiyi üçün Əfqanov Qurban və Səmədov Əli maşına müdaxilə edərək digər əməkdaşları Nasirlə maşını qol gücünə itələməklə 2-ci ötürmələr (sürətlər) qutusuna ciddi ziyan vurmuşlar. Mən mənə məxsus 63 BB 401 Dövlət Nömrə Nişanlı olan Vaz 21099 markalı avtomobilimə dəymiş ziyanın ödənilməsini tələb edirəm. Əks təqdirdə aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağam. Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev cənablarının verdiyi sərəncamlarda da aydın göstərilir ki, fiziki şəxsə dəymiş ziyanın ödənilməzsə,süründürməçiliyə yol verilərsə hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır.”

Hörmətli redaksiya:

“Həqiqətən gənclərimizi sürücülük peşəsini oxumaqdan çəkindirən bu rüşvətxor DYPX –də çalışan belə işçilər cəmiyyətə, gənclərə mənəvi cəhətdən zərbə vuraraq öz niyyətlərini davam etdirirlər. Dövlətimiz milyonlarla vəsait ayıraraq gələcəyimizi onlara həvalə edirlər ki, dövlətimizin aparıcı qüvvələri olsunlar. Onlar isə sürücülük vəsiqəsi olmayan gənclərdən aylıq 30 manat almaqla öz işlərini bitmiş hesab edirlər.”

“Mən və mənim kimi vətəndaşlar sizdən xahiş edirik ki, DYPX xidmətində çalışan belə işçilər haqqında ciddi tədbir görülməsini lazımı orqanlar qarşısında qaldırasınız”.