Küçə süpürməyə məcbur edilən məmur ölüb
30-10-2012, 13:15
Oxunub: 5 438
Sabirabadda müdhiş olay. İlham Əliyevin Saatlıya səfəri faciə ilə nəticələnib.
Rayondakı mənbədən Azadlığa daxil olan məlumata görə, səfər günü tezdən ölkə başçısının Sabirabaddan keçişi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Nazim Ismayılov bütün aparat məmurlarını mərkəzi küçə boyunca təmizlik və təmir işlərinə təhkim edibmiş.
Belə məmurlardan biri də Sabirabad rayon icra hakimiyyətinin humanitar şöbəsinin əməkdaşı Hüseynağa Kərimov olub. Küçə süpürməyə başdansovdu yanaşan Kərimov Ilham Əliyevin rayon ərazisindən keçməyinə 1-2 saat qalmış icra başçısı Nazim Ismayılov tərəfindən möhkəm danlayıb.
Danlamaya səbəb Kərimovun ona verilən ərazidə istənilən səviyyədə təmizlik işini aparmaması olub. Başçının möhkəm danlağına məruz alan Hüseynağa Kərimovun vəziyyəti qəfil pisləşib. Onu yaşadığı evə gətiriblər. Amma bir saat keçməmiş Kərimov ürəktutmasından dünyasını dəyişib.
Kərimov dünən səhər dəfn edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər