Şamaxıda üç kəndlə əlaqə kəsilib
19-05-2017, 19:08
Oxunub: 5 200
İki gündür aramsız yağan leysan yağışları Ağsu çayının daşmasına səbəb olub
“Report”un Şirvan bürosunun xəbərinə görə, nəticədə Şamaxının Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını sel suları yuyub.
Rayon mərkəzinə getmək mümkün olmadığından sakinlər çaydan keçmək üçün atlardan istifadə edirlər. Bundan əlavə, sel suları kəndlərdə əkilən bostan sahələrinə də ciddi ziyan vurub. Dörd kənddə çayın həm sol, həm də sağ sahilində əkilən bostan və tərəvəz bitkilərini sel yuyub aparıb. Hətta bəzi ərazilərdə torpaq uçqunları da baş verib. Kəndlərə verilən elektrik enerjisi kəsilib. Şamaxı-Qaleybuğurd yolunun 4-6 km.-də Bədo və Güllüdərə adlanan ərazidə dağdan qopan torpaq və qaya parçaları yola tökülülb.
Günün ikinci yarısından başlayaraq aidiyyəti qurumlar əraziyə cəlb olunub. Təmir işləri nəticəsində Qaleybuğurd kəndi ilə əlaqə bərpa edilib. Digər iki kəndlə hələ də əlaqə yoxdur.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər