BolgeXeber.Com » Bölgə » Goranboyda məmur özbaşınalığı daynmaq bilmir

Goranboyda məmur özbaşınalığı daynmaq bilmir

15-11-2012, 16:40
Oxunub: 4 452 Goranboy sakini Əfiqə Əliyeva cümə axşamı RATİ-də rayonun Xoylu kənd bələdiyyə sədrinin ailəsinə qarşı qanunsuz əməllərinə dair mətbuat konfransı keçirib.

Bolgexeber.com bildirir ki, 2000-ci ildə ailəyə Xoylu kənd ərazisindən 1ha 5 sot torpaq ayrılıb. Sahə daşçınqıllı olub. Bu sahəni təmiziləyərək yararlı hala salıblar. Nə üçünsə kənd bələdiyyə sədri Adil İbrahimov ailəyə başqa pay torpağı tələb etməməklə bağlı iltizamnaməyə imza atdırıb. Əliyevlər ailəsi bu torpağa sahibliklərini təsdiqləyən sənədi ötən 12 il ərzində kənd bələdiyyəsindən ala bilməyiblər.

Üstəlik 2011-ci ildə Əlievlərə məxsus torpaq sahəsini üç hissə olmaqla Ağaəli İsmayılov, Yunis Xəlilov və Xasay Xəlilov adlı şəxslərə satıb. Ə.Əliyevanın sözlərinə görə, A.İbrahimov ailədən rüşvət isəyib, bu rüşvət verilmədiyi üçün bələdiyyə sədri torpağı qanunsuz olaraq başqalarına satıb. Ə.Əliyevanın atası məsələni aydınlaşdırmaq üçün Torpaq Komitəsinə gedib. Məlum olub ki, Əliyevlərin torpağa sahibliyini təsdiqləyən sənədlər komitərə göndərilməyib. Bələdiyyə sədri isə Əliyevlərin torpağı zəbt etmələri haqda sənəd hazırlayıb.

2012-ci ilin yayında A.İsmayılov, Yunisov və Xasay Xəlilovlar Əliyevlərə qarşı Goranboy məhkəməsində torpaqları zəbt etmələri adı ilə iddia qaldırıb. Əliyevlər də Gəncə İqtisadi-İnzibati Məhkəməsinə müraciət ediblər. Məhkəmə Əliyevlərin torpağa sahib olduqlarını təsdiqləyən qərar verib. Daha sonra iddiaçılar Gəncə Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə adları çəkilən üç iddiaçının torpağa sahib olduqlarını təsdiq edən qərar verib. Məhkəmədə iştirak etmələrinə baxmayaraq, Əliyevlər ailəsinə torpaqla bağlı hər hansı sual verilməyib. Ə.Əliyevanın qardaşı, Qarabağ müharibəsi əlili Ətraf Əliyev kassasiya şikayəti verə bilmək üçün Apellyasiya Məhkəməsinin qərarını nə vaxt ala biləcəyini öyrənmək üçün məhkəməyə dönüb. Burada Ə.Əliyev, qardaşı və anası A.İbrahimovun zorakılığına məruz qalıblar. Tibb-ekspertiza İdarəsi xəsarətləri təsdiqləsə də xəsarətləri A.İbrahimovun yetirdiyi məlum olduqdan sonra rəy verməkdən imtina edib.

Əliyevlər kassasiya şikayətilə Ali Məhkəməyə müraciət edib. Noyabrın 21-də bu şikayətə baxılacağı gözlənilir. Əliyevlər ailəsi qeyd edib ki, məqsədləri bu mətbuat konfransı vasitəsilə ictimaiyyətin diqqətini özlərinə qarşı olan haqsızlıqlara yönəltməkdir.