Füzuli rayon Təhsil şöbəsində 60 minlik korrupsiya faktı
19-11-2012, 16:35
Oxunub: 6 599
Ötən ay Füzuli rayon məktəblərində çalışan müəllimlərdən 20 manat pul yığılıb.
Bu hal demək olar ki, rayonun bütün məktəblərində təsadüf edilib. Əksər məktəb drektorları pulun yığılmasını müəllimlərin sığorta kartları ilə əlaqələndiriblər. Bəzi məktəb drektorları pulun yığılmasına səbəb olaraq diplomların yenidən Təhsil Nazirliyindən qeydiyyatdan keçməsi ilə izah edib.
Bolgexeber.com-un 7gun-ə istinadən xəbərinə görə, bu sözləri, Füzuli rayon məktəblərində çalışan müəllimlər deyiblər. Hazırda baş verənlərdən böyük narahatlıq keçirdiklərin deyən müəllimlər, pullarının geri qaytarılmasın tələb edirlər. Əldə etdiyimiz xəbərə görə, artıq Füzuli rayon məktəblərindən müəllimlərdən direktorlar tərəfindən pul yığılması ənənəvi hala çevrilib. Direktorlar isə müəllimlərin etirazına cavab olaraq bildirib ki, pulu Təhsil şöbəsinin müdiri Almaz Həşimovanın göstərişi ilə yığılır. Onu da qeyd edək ki, hazırda Füzuli rayon məktəblərində 3 mindən artıq müəllim işləyir. Hər müəllimdən 20 manat pulun yığılması təxminən 60 min manat edir ki, bu da külli miqdarda korrupsiya faktını ortaya çıxarmış olur.
Qeyd edək ki, Füzuli rayon Təhsil şöbəsində baş verən özbaşınalıqlarla bağlı dəfələrlə məlumatlar verilməsinə baxmayaraq hələ də mövcud problemlər həllini tapa bilmir.
P.S Sonda onu da əlavə edək ki, Füzuli rayon Təhsil şöbəsinin müdiri Almaz Həşimovanın adı tez-tez rüşvət qalmaqalında hallanır.
(Mövzunu diqqətdə saxlayacağıq)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər