Gənc qadın məhkəmənin qarşısında döyüldü
20-11-2012, 15:40
Oxunub: 5 792
Milli Məclisin qərarına əsasən 132-ci (döymə) maddənin Cinayət Məcəlləsindən çıxarılaraq, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsindən sonra bu dəyişikliklərdən istifadə hallarına rast gəlinir.
Biləsuvar rayonundakı 1 saylı qəsəbənin sakini Ofelya İbadova AzNews.az müraciət edərək, Cəbrayıl rayon məhkəməsini məlum dəyişiklikdən sui-istifadədə günahlandırıb.
O.İbadova Cəbarayıl rayon məhkəməsinin qarşısında döyüldüyünü bildirərək, ona xəsarət yetirənlərin cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. O.İbadovanın sözlərinə görə, Bayramova Vəzifə və Məmmədli Rəşad adlı şəxslər onu ictimai yerdə, rayon məhkəməsinin inzibati binası qarşısında, insanların gözü önündə
döyərək xəsarət yetiriblər: “Lakin Cəbrayıl rayon məhkəməsi təqsirləndirilən şəxslərin cinayət işi üzrə icraata xitam verib. Əsas kimi isə Cinayət Məcəlləsindən 132-ci maddənin çıxarılmasını göstərib”.
Lakin O.İbayeva adıçəkilən şəxslərin ona ciddi xəsarət yetirdiyini bildirərək, qərarın ləğv edilməsini istəyir. Bu məqsədlə cinayət işinin təkrar istintaqa qaytarılması üçün apellyasiya şikayəti verib. O.İbayeva yerli məhkəmənin işə səthi yanaşdığını, adıçəkilən şəxslərin ona yetirdiyi xəsarətlərə dair fotoşəkillərə hüquqi qiymət vermədiyini vurğulayıb.
Rayon məhkəməsini işə tələsik baxmaqda ittiham edən O.İbayeva iş materiallarında adı çəkilən İradə Məmmədova barəsində də yanlış qərarın verildiyini deyib: “Hadisə vaxtı məni döyən şəxslər Bayramova Vəzifə və Məmmədli Rəşad olub. Məmmədova İradə isə məni onların əlindən almağa çalışıb. Bu zaman onu da döyüblər. Əslində İradə Məmmədova da zərərçəkən kimi tanınmalı idi”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər