Özünü FHN əməkdaşı kimi təqdim edən fırıldaqçı tutulub
21-11-2012, 11:40
Oxunub: 5 344
İmişli polisi özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edən şəxsi saxlayıb.
İmişli RPŞ-nin istintaq bölməsinin rəisi Elnur Məmmədovun Bolgexeber.com -a verdiyi məlumata görə, İmişli polisi özünü FHN əməkdaşı kimi təqdim edən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Miriyev Mirağa Miri oğlunu saxlayıb.
M.Miriyev Kür daşqınlarından zərər çəkən vətəndaşlardan 2011-2012-ci illərdə dələduzluq yolu ilə 20 min manata qədər pul alıb. Bu zaman o, özünü FHN-in əməkdaşı kimi təqdim edərək onlara ev tikiləcəyini söz verib. Hələlik istintaqa onun tərəfindən aldadılmış 12 nəfərin ərizəsi daxil olub. İstisna olunmur ki, aldadılmış vətəndaşların sayı arta bilər.
Adı çəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 maddələri ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər