Prezidentə imişlidən 42 ailə müraciət etdi
21-11-2012, 13:10
Oxunub: 6 079
Evləri dağılanlar dövlət başçısından kömək istəyirlər
2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində zərər çəkmiş Sabirabad, Saatlı, İmişli və Salyan sakinləri ölkə prezidentinin adına müraciət üçün imza toplanması kampaniyasına başlayıblar.
Əhali daşqının nəticələrinin aradan qaldırılması üzrə hökumət tədbirlərinin nəticələrindən razı deyil və problemin həllinə nail olmaq niyyətindədir.
İmişli rayonunun bir qrup müharibə veteranı, şəhid ailəsi və imkansız əhali (cəmi 42 imza) prezident İlham Əliyevə məktub göndərərək daşqından zərər çəkənlərə yardım göstərilməsini xahiş edib.
Məktubda qeyd olunur ki, 2010-cu il Kür-Araz daşqınları ilə bağlı İmişli rayonunda zərərçəkənlərə kompensasiyaların verilməsi və evlərin tikilməsində ayrı-seçkiliyə, eləcə də korrupsiya hallarına yol verilib.
“30 aydır ki, müraciət etmədiyimiz dövlət qurumları qalmayıb. Bir ildən coxdur ki, məhkəmə yollarında “get-gəldəyik”. Bizim sözümüzü eşidən, səsimizə hay verən yoxdur, yalnız "Kür" Vətəndaş Cəmiyyəti Qərərgahından başqa”, - müraciətdə deyilir.
Qeyd olunur ki, prezident vəsait ayırıb və işlərin görülməsi üçün vaxtaşırı müəyyən addımlar atıb. Lakin sual yaranır ki, həmin vəsait hara xərclənib, 2012-ci il martın 29-da ayrılmış 50 milyon manat hara sərf olunub?
“Xahiş edirik ki, göstərdiyimiz problemlərin ciddi araşdırılıb, ölçü götürülməsi üçün lazımı addımlar atasınız. Bizə kömək edəsiniz. Taleyimizi laqeyd, səhlənkar, korrupsioner məmurların ixtiyarına buraxmayın”, - sonda bildirilir.
Məlum olduğu kimi, 2010-cu ildə Kür çayının su balansının düzgün idarə olunmaması səbəbindən daşqınlar zamanı 100 min ha-dan çox torpağı, 20 mindən çox evi su basmışdı. Hökumətin və prezidentin qərarları ilə ümumilikdə 460 mln. manat ayrılıb. Lakin qarşıya qoyulan məsələlərin çoxu həllini tapmayıb. Daşqının nəticələrinin aradan qaldırılması korrupsiya, mənimsəmələr və məmur özbaşınalığı ilə müşayiət olunub. Yardımla bağlı ölkə prezidentinə çoxsaylı müraciətlər müsbət nəticə verməyib.
/dia.az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər