BolgeXeber.Com » Bölgə » Biləsuvar uğrunda savaş gedir

Biləsuvar uğrunda savaş gedir

29-11-2012, 12:10
Oxunub: 9 032 Biləsuvarlı Akifin Ovçubərə "ovu"; Mahir Quliyev və müavini arasında qarşıdurma əndazəsindən çıxıb...

Ötən gün Biləsuvar rayonunda baş verən məmur özbaşınalığı barədə pia.az-a daxil olan məlumatlarda bildirilirdi ki, icra başçısı Mahir Quliyevlə müavini Akif Kazımov arasında ciddi qarşıdurma var.

Məlumatda bildirirdi ki, rayonda rəsmən bir icra başçısı olsa da, əslində Biləsuvarı iki nəfər idarə edir və icra başçısının müavini Akif Kazımov Mahir Quliyev üçün əsas rəqibə çevrilib. Rayonun bir neçə kəndində, xüsusən də Ovçubərə kəndində baş verənlər isə problemin nə qədər ciddi olduğunu göstərirdi.

Kənd sakini və orta məktəb müəllimi Əmirov Rasimin üzləşdiyi problem və sözügedən kəndin icra nümayəndəsi Ağaddin Mikayılovun hədələri də Akif Kazımovun adamlarının rayonda hansı özbaşınalıqlara məşğul olduğunu bir daha təsdiq etdi. Ancaq bütün bunlara baxmayaraq Mahir Quliyev hətta prezidentə meydan oxuyan icra nümayəndəsinə "gözün üstə qaşın var" deyə bilmir. Çünki onun arxasında deputat Xanhüseyn Kazımlıya arxalanan Akif Kazımov dayanır.

Onu da qeyd edək ki, Biləsuvar rayonunda baş verən qanunsuzluqlar barədə bir neçə kəndin sakini redaksiyamıza şikayət məktubu ünvanlayıb. Ancaq rayonda şikayətlərin mərkəzində vətəndaş Əmirov Rasim dayandığından Mahir Quliyev və Akif Kazımov əl-ayağa düşüblər. Onların Rasim müəllimdən hər hansı bir şikayəti onlarla bağlamamasını xahiş edib-etməyəcəklərini isə zaman göstərəcək.

Bu gün pia.az-ın elektron poçtuna Ovçubərə kəndində böyük bir ədalətsizlik və qanunsuzluqla üz-üzə dayanan Rasim Əmirovdan şikayət məktubu daxil olub. Rasim müəllim xahiş edir ki, onun məktubunda xüsusi bir məqamı olduğu kimi dərc edək. Biz də peşə etikamıza sayğı göstərərək həmin nüansı olduğu kimi təqdim edirik:

"Hörmətli redaksiya, bu məlumatlari dərc edin. Ancaq Akif Kazimovdan mənim heç bir şikayətim yoxdur. Mənim şikayətim Ovçubərə kənd icra numayəndəsi Mikayilov Agaddindəndir. Akif muəllimlə goruşəndə məni çox səmimi qarsilayib və icra nümayəndəsinə öz iradını bildirib. Xahis edirem bu sözlərimi də saytınızda dərc edəsiniz. Informasiyani duzgun vermeyiniz xoş olardı.

Hormətlə: Rasim müəllim".

Qeyd edək ki, Rasim Əmirovun məktubu artıq bizdədir və onu hissə-hissə oxucularımıza təqdim edəcəyik. Rayonda hansı qanunsuzluqların baş verdiyini isə dəyərli oxucularımız bir daha aydın görəcəklər. Çünki vətəndaş bu şikayət məktubunda rayonda hansı acınacaqlı durumun yaşandığını bir daha diqqətə çatdırıb.

Ancaq burada bir neçə nüansı Rasim müəllimin də diqqətinə çatdırmağı özümüzə borc bilirik. Hörmətli Rasim müəllim iddia edir ki, informasiyanı olduğu kimi təqdim edək. Onda Rasim müəllimə belə bir sualla müraciət edirik: məgər biz ötən yazılarımızda Sizinlə Akif Kazımov arasında hansısa bir "haqq-hesabı"ın olduğunumu yazmışdıq? Əgər yazmışıqsa, belə çıxmır ki, bu məlumatları bizə siz vermisiniz?

Rasim müəllim bildirir ki, icra başçıının müavini onu çox səmimi şəkildə qəbul edib və icra nümayəndəsinə da öz iradını bildirib. Maraqlıdır, Akif Kazımov sizi səmimi qəbul etməyib də, döyməli idimi? Söhbət hansı iraddan gedir ki, hələ də probleminiz həll olunmayıb? Necə olur ki, bir rayonun icra başçısı bir kəndin icra başçısının qarrşısında aciz qalıb?

Bizə ünvanladığınız son məktubda qeyd edirsiniz ki, icra nümayəndəsi Ağadin Mikayılov hal-hazırda bələdiyyənin 2 ha torpağını 6-7 ildir əkir-biçir, heç bir ödəniş ödəmir: "Deyir ki, mən icra nümayəndəsiyəm. Ağadin Mikayılov pay torpağının vergisini də verməkdən imtina edir. Bundan başqa qohum əqrəbasını da vergi ödəməkdən yayındırır".

Daha sonra bildirisiniz ki, onun qardaşları da bələdiyyə torpalarını zəbt ediblər. Ancaq sizə ağır şəraitdə yaşamağınıza baxmayaraq ev tikməyə icazə vermir: "Ağadin Mikayılovun qardaşları Mikayılov Əlifağa və Əyyub hər biri bələdiyyənin 0,5 ha torpağını qanunsuz zəbt etmişlər. Orada heç bir sənədləri olmadan tikinti işləri aparmışlar. Kəndimizdə həyətyanı torpağın gənc ailələrə verilməsi problem olduğu bir vaxtda 1 ha yaxın bələdiyyənin prespektivdə olan həyətyanı torpağını mənimsəyiblər. Onlar qardaşları Ağaddin Mikayılova arxalanıb həmin torpağı rahatlıqla əkib-becərirlər. Əgər mənim aldığım həyətyanı torpaq sahəsi qanunsuzdursa onda buna nə ad vermək olar? Əgər qanuni verilən torpaqdırsa elə mənə də buradan ev tikmək üçün torpaq verilsin. Kəndimizdə 20 -ə yaxın evdə qanunsuz tikinti işi gedir. Bəs Ağadin Mikayılov bu tikinti işlərinin niyə dayandırmır?"

Onda sizə belə bir sualla müraciət edək: Ağaddin Mikayılovu həmin vəzifəyə bizmi təyn etmişik? Onun bu qanunsuzluqlarına rəvac verən rayon rəhbərliyi deyilmi? Məgər Ağaddin Mikayılov bir neçə gün bundan öncə kənd sakinlərinə "qazandığım pulları son qəpiyinə qədər icra başçısı Mahir Quliyevə verirəm", - deməmişdimi?

Yoxsa Akif Kazımov sizdən bu məktubu yazmağı tələb və xahiş etdi ki, onunla heç bir probleminizin olmadığını deyəsiniz. Axı o bu problemlərdən nəinki xəbərdardır, həm də rayonun bir hissəsinin icra başçısıdır. O zaman apardığınız mübarizədə sizə uğurlar.