BolgeXeber.Com » Bölgə » Biləsuvar sakini saytımıza təşəkkür məktubu göndərdi

Biləsuvar sakini saytımıza təşəkkür məktubu göndərdi

1-12-2012, 10:50
Oxunub: 5 464 Vətəndaş göndərilən məktubla bağlı şok faktlarda açıqladı

Məktubda deyilir: Hörmətli qəzet redaksiyası, öncə sizə mənim şikayət ərizəmi qəzetinizdə dərc etdiyinizə və bu məsələni araşdırdığınıza görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizin operativ və obyektiv jurnalistlik qabiliyyətinizə də qibtə edirəm. Siz öz jurnalist baxışlarınızla məlumatları dərc edirsiniz. Bu sizin öz işinizdir. Mən də öz müəllimlik fəaliyyətimlə məşğulam. Bir başa Ağadin Mikayılov kimi keçmişi qaranlıq olan , vaxtı ilə vəzifə tapa bilməyəndə İrandan, Ermənistandan vətəndaşlıq istəyən bir insana görə kimisə günahlandıra bilmərəm. Mən bu gün sağlam mübarizə aparıram. Ağadin Mikayılovun arxasında kim və kimsələr durursa da hamısı aşkar olacaq. Çünki mən bütün dövlət təşkilatlarına , radio və telefiziya kanallarına da , mətbuat orqanlarına da məlumat vermişəm. Gec tez bu cinayətkar insanın iç üzü və ona arxa duran havadarlar görünəcək. Bunu isə araşdırmaq və tədbir görmək aidiyyatı təşkilatların vəzifə və vicdan borcudur. Bəli belə bir insanın vəzifədə qalması , özünün dediyi kimi kənddə “Amaci” –lik etməsi onun havadarlarının olmasına dəlalət edir. Bizim güman və ehtimallarımız sizin dediyiniz kimi zamanla görünəcək və mən onda sizə və bütün inistansiyalara o kəslərin adlarını sevə-sevə təqdim edəcəm. Mənimsə itirəsi bir şeyim yoxdur. Mənim varım - dövlətim bilik kapitalımdır. Sadə və həqiqəti sevən bir müəlliməm. Özüm 3 ilə yaxın Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “ Mədəd”- Azərbaycan Humanitar Təşkilatı İctimai Birliyində İKT üzrə Müəllimlərin Peşəkarlıq səviyyəsinin Təkmilləşdirilməsi , İnzibati idarə heyyətinin İKT üzrə mariflənməsi və sair kurs və təlimlərdə təlimçi müəllim kimi çalışmışam. Müxtəlif bölgələr də fəaliyyət göstərmişəm. İki mindən artıq Azərbaycan müəlliminə müasir təlim və İKT bilikləri qazanmaqda köməklik etmişəm. Hal – hazırda bir neçə təhsil yönümlü təşkilatlarla təmənnasız olaraq əməkdaşlıq edirəm. Üç ixtisas sahibiyəm. Məni hər zaman gənc nəslin, şagirlərimizin savadlı və vətənpərvər yetişməsi daha çox maraqlandırıb. Ancaq etiraf edim ki , bu çətin dövrdə az təminatlı müəllim əmək haqqısı ilə formalaşan şəxsi həyat şəraitim acınacaqlı olaraq qalıb. Sonrası isə sizə məlumdur.

Bəli, bu gün vəzifəni özünə dədə malı bilən, ancaq şəxsi ambisiyalarına xidmət edən üzdəniraq məmurlarımız çoxdur. Onların da atı çox çapmayacaq. Artıq möhkəm dövlətçiliyimiz və ali qanunlarımız var. Vicdanlı insanlarımız, ədalətli hakimlərimiz var. Belə məmurlar etdikləri cinayətlərin bədəlini gec-tez ödəyəcəklər.

Mən isə sizə Ağadin Mikayılovun bu gün bir cinayətinin də üstünün açılması haqqında şok məlumat vermək istəyirəm. Hansı ki onun cinayət tərkibli məsələlərində 5-ci fakt olan: Kəndimizdə dövlət tərəfindən su təmizləmə qurğusu inşa edilmişdir, və təmiz su kranlar vasitəsi ilə kənddəki evlərə verilir. Ağadin Mikayılov bu işi yerinə yetirənlərində “saqqızını oğurlayıb” öz evinə şəxsi su kranı çəkdirmişdi. Evinin ətrafında olan kranlara su getmir, su onun “xidmətində” dururdu. Camaatın şikayətindən sonra oraya aidiyyatı orqanlar tərəfindən baxış keçirilmiş , həmin krana suyun verilməsi dayandırılmış, bu cinayətdə ört –basdır edilmişdir. – məsələsi haqq-ədalət tərəfdarı olan kənd sakinləri tərəfindən Ekologiya nazirliyinə qədər gedib çıxmış və nazirlikdən nümayəndə gələrək bir daha bu gün ,29 noyabr 2012-ci il tarixində araşdırılma aparılmışdır. Akt tərtib edilib bu haqda məsələ qaldırılmışdır. Mən sizə bu hadisəni özündə əks etdirən şəkilləri göndərirəm. Şəkillər də hər şey öz əksini tapmışdır.

Bir də acınacaqlı şəraitdə olan həyat şəraitimidə , yaşadığım daxmanın, yeni tikmək istədiyim evin yarımçıq qalmış beton –özül işinin şəkillərini də sizə yollayıram. Bir də kənddə salınmış parkın şəkillərinidə sizə yollayıram. Xahiş edirəm binların hamısını dərc edəsiniz.

Hörmətlə Rasim müəllim