34-saylı R.T-S.E.K.-də analoqu olmayan cinayət!
7-12-2012, 11:35
Oxunub: 5 650
34 Saylı T-S.E.K-də səngimək bilməyən özbaşnalıq Saatlı və İmişli sakinlərini narazılığını kritik həddə çatdırıb.
Sözü gedən həmin bu rayonların sakinləri, T-S.E.K-in hazırkı müdiri Məmmədəli İbrahimovun keçmiş xələflərinə əməlli başlı rəhmət oxuyurlar. Maraqlı burasındadır ki, hakimiyyət rəsmləri rüşvətxorluq və korrupsiya ilə bağlı tədbirlər planından ağız dolusu danışsada, lakin nədənsə bir dəfə də olsun bu 34-saylı T-S.E.K-nı açıq bazara çevirən M. İbrahimova gəlib çıxmayıb hələ ötən saylarımızın birində M. İbrahimovun çirkli əməlləri barədə məlumat vermişdik. Qeyd olunurdu ki, M. İbrahimov T-S.E.K-in müdiri təyin olunduğu andan öz qaydalarını tətbiq edərək puun var yoxdurs gəlmə prinsipi ilə işləyir. Xəstə və əlillərin sənədləri illərlə M. İbrahimovun seyfində saxlandığı halda hansı ki, heç bir xəstəliyi olmayan sağlam adamlara verilən yüksək məbləğdə rüşvətlərin müqabilində qısa müddət ərzində M. İbrahimov qruplar təyin edir. İlkin olaraq pensiya çıxmaq üçün qadınlara 1800 kişilərə gəldikdə isə bu 2500-3000 manata başa gəlir. O da deyilirdi ki, M. İbrahimov açıq aşkar bəyan edir ki, Baş İdarənin rəisi Hüseyin Tahirov onun havadarıdır. Məhs bu səbəbdən də o heç kimdən qorxmur. Götürdüyü hər bir sənədə görə Hüseyin müəllimə 600 manat rüşvət verir. Onu da qeyd edək ki, bununla bağlı apardığımız araşdırmalar zamanı M. İbrahimovla bağlı olduqca ilginc məlumatlar əldə etdik. İmişli rayon sakini Qubadov Nizami Şükürəli oğlu bildirdi ki, bu ilin mart ayında vəfat etmiş Həsənov Xəlil Polad oğlunu Noyabr ayında M. İbrahimov təkrar komissiyadan keçirib. Hansı ki, bu adam 8 ay əvvəl dünyasını dəyişib. Ölən şəxsin komisiyadan keçrilməsində M. İbrahimov 300 manat rüşvət alıb. Həmin bu məbləği M. İbrahimova T-S.E.K-də xadiməçi işləyən Sədaqət adlı bir qadın verib. Analoqu olmayan belə, saxtakarlıqla dolu cinayətin üstü açılsa da, lakin İmişli rayon hüquq mühafizə orqanlarının rəhbərlərinə 250000 manat verən M. İbrahimov bununla da imza atdığı görünməmiş cinayəti ört-basdır edib. Nə qədər acı olsa da maraqlıdır. Görəsən Əmək və Əhalinin Müdafiə naziri Fizuli Ələkbərovun 34-saylı T-S.E.K-də ağlasığmaz özbaşnalıqdan xəbəri varmı?
Saatlıda 1000 000 manat dəyərində evi 2 gözətçisi və bir qulluqçusu 2 sürücüsü var oğlunun adı Milli Ordu sıralarında getsə də gəl ki, xidmətini Bakının bahal restoranlarında keçrir. Deyilənə görə oğlunun Hərbi hissədə qalmaması üçün M. İbrahimov 20 000 manatından keçib. Mövzuya qayıdacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər