BolgeXeber.Com » Bölgə » Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

10-12-2012, 09:45
Oxunub: 3 411 Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində, Füzuli rayonunun işğal edilmiş Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.