Saatlı təhsili çirkab içində
17-02-2011, 01:30
Oxunub: 7 766

Rayonun peşə litseyində vəziyyət daha acınacaqlıdır
Saatlı rayon təhsil sahəsində baş alıb gedən özbaşnalıq hər kəsə bəllidir. Rəzalətə sürüklənən müəllimlərin sayəsində rüşvət kimi neqativ hallar artıq adiləşib. Demək olar ki, rayon təhsil müəssisələri bu gün kolxoz bazarından heç də fərqlənmir. Orta məktəblərdən fərqli olaraq rayon Peşə Lisseyində vəziyyət daha da acınacaqlıdır. 60 – cı illərdə tikilən həmin bu məktəb binasında heç bir əsaslı təmir işləri aparılmayıb. Sinif otaqları sanki tövləni xatırladır. Müasir tələblərə cavab verən heç bir şey gözə dəymir. Sovet dövründən qalma sınıq - salxaq avadanlıqlardan istifadə edilən Peşə Liseyində gün ərzində barmaqla sayılası bir neçə şagirdi ancaq görmək olar. Peşə hazırlığı demək olar keçirilmir. Çünki, olan-qalan texnikaların da hissələrə ayrılaraq məktəbin təlim – tərbiyə işləri üzrə müavini Teyyub Babayev tərəfindən satıldığı deyilir. Görünür, Teyyub müəllimə pul hər şeydən üstün olduğu üçün sağlam savadlı kadr yetişdirmək onun marağında deyil. Deyilənə görə, bu onun xarakterindən irəli gəlir. Həmişə yeniləşməyə, müasirliyə, söz, fikir azadlığına barışmaz mövqeyində dayanan və özünün şəxsi maraqlarına uyğun idarəçilik tətbiq edən Teyyub Babayev bölücülük və kollektiv arasında ayrı-seçkilik salmaqla Peşə Lisseyində qeyri sağlam ab–hava yaradıb.
Söhbət etdiyimiz müəllimlər də bunu təsdiq edərək, Teyyub Babayevin çirkli əməllərindən bezar olduqlarını bildirdilər. Onların dediyinə görə, Teyyub müəllim ancaq pərdə arxası öz işini görür, qeyri-rəsmi olaraq bütün səlahiyyətləri əlinə alıb. O, həmişə çalışıb ki, məktəbin direktoru vəzifəsinə təyin olunan şəxslər savadsız, pedaqoji təhsili olmayan, bir sözlə müti adamlar olsun. Çünki belə adamları təsir altında saxlamaq Teyyub Babayev üçün olduqca əlverişlidir. Pulunun gücünə Peşə Lisseyinin drektoru vəzifəsinə təyinat alan Şahin müəllim də məhz Teyyub Babayevin maraqlarına can-başla cavab verdiyi üçün onunla əlbir olub, Peşə Lisseyində təhsilin səviyyəsinin aşağı düşməsindən ötrü hər şey edir.
Saatlı rayon Peşə Lisseyində baş alıb gedən bu və ya digər neqativ hallar, müdhiş saxtakarlıqlar haqqında növbəti saylarımızda, aparadığımız araşdırmalar sona çatdıqdan sonra ətraflı məlumat verəcəyik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər