Bakıdakı Naçxıvan Konsulluğunda məxfi toplantı
12-12-2012, 12:10
Oxunub: 4 699
Bakı şəhərində yerləşən Naxçıvan muxtar Respublikasının Konsulluğunda dünən gecə saatlarında bir neçə iri oliqarx məmurun görüşü keçirilib. GUNDEİNFO.AZ- a bu barədə daxil olan məlumatda bildirilir ki, Bakı,Nərimanov,Mirzəbala Əhmədzadə, 8 ünvanında keçirilən görüşdə əsasən naxçıvandan olan məmurlar iştirak ediblər.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə təfərrüatları ilə məlumat ala bilməsək də, əsasən son zamanlar hakimiyyət içindəki «Naxçıvan klanı» ilə bağlı gəlişmələrin müzakirə edildiyi söylənilir.
Bildirilir ki, görüşdən çıxan məmurlar toplantı yerini kefi kök halda tərk ediblər. Hətta konsulluqda gecə yarısı keçirilən görüşdə iştirak edən məmurların özləri ilə mühafizəçi və sürücü gətirmədikləri də söylənilir.
«Maşınlar çox bahalı olsa da, xidməti dövlət seriya nömrələri deyildi. Avtomobilləri də tanıdığımız dövlət məmurları özləri idarə edirlər» deyə bu barədə saytımıza informasiya verən mənbə danışıb.
Maraqlıdır ki, görüşdə iştirak edən naxçıvanlı oliqarx məmurlar haqqında hər hansı bir adlı bilgi verməyən mənbəmiz iddia edir ki, konsulluqda hətta işçilər də çox az sayda olub. Bildirilir ki, yalnız bir nəfər qapıda, bir neçə nəfər isə içəridə olub.
Saytımıza məlumat verən mənbə iddia edir ki, Bakıdakı Naxçıvan Konsulluğundakı toplantıda YAP-dan olan millət vəkili Siyavuş Novruzov da iştirak edib. Daha doğrusu yaxınlıqdakı çayxanalarda olan şəxslər təsadüfən naxçıvanlı YAP-çı deputatı tanıyıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər