BolgeXeber.Com » Bölgə » Saatlıda Siracəddin Cabbarov imperiyası

Saatlıda Siracəddin Cabbarov imperiyası

16-12-2012, 23:05
Oxunub: 4 538 İcra başçısı Saatlıya biznes mərkəzi kimi baxır

Saatlı rayonunda baş verənlərlə bağlı müxtəlif KİV-də mütəmadi olaraq yazılar yazmaqdadır. Belə ki, Saatlı özbaşna rayonlardan biri kimi xarakterize edilən rayonlardan biridir. Məsələn Siracəddin Cabbarov belə hesab edir ki, Prezident kimi hansı rayona rəhbər olaraq göndərirsə həmin şəxs o rayona ata-babasının mülkü kimi baxmalı və o rayonu öz şəxsi məqsədləri üçün istifadə etməlidir.

Google sistemində Saatlı sözünü axtarışa vermək kifayətdir ki, Siracəddin Cabbarov barəsində dolğun məlumat toplayasan . Vətəndaşların ürək ağrıdan şikayətləri portalları “bəzəməkdədidir”.

Bundan əlavə olaraq özünə münasib insanları Təhsil, Səhiyyə , Sosial sahələrlə bağlı şöbələrə yerləşdirən İcra baaşçısı digər sahələridə nəzərdən qaçırtmır.

Rayon sakinlərin Facebook sosial şəbəkəsində yerləşdirdiyi informasiyalardan biri də odur ki, Siracəddin Cabbarov son zamanlar rayonun problemləri ilə məşğul olmaqdansa, demək olar ki, əlində olan adminstrativ imkanlardan yararlanaraq öz biznes şəbəkələrini artırmaqla məşğuldur.

Saatlı rayonunun icra başçısı Siracəddin Cabbarov tutduğu yüksək dövlət vəzifəsindən sui-istifadə edərək rayonda böyük biznes şəbəkəsi qurub. İddiaya görə icra başçısı Saatlı və İmişlidəki geniş çeşidli biznesini sel daşqınlarından ziyan çəkmiş insanlara ayrılmış dövlət vəsatinin mənimsənilməsindən əldə olunan sərmayə ilə inşa edib.

Yayılan məlumata görə, əslində bu fabriki açmaqla o, biznesindən gələn xeyri də başqasına vermək istəmir. Çünki icra başçısı rayonda böyük torpaq sahələrini özəlləşdirib və rayonda pambıq biznesini öz əlində cəmləşdirib. Belə ki, icra başçısın 200 hektardan artıq torpaq sahəsinə malikidir. Onun biznesinin bir hissəsinin də İmişli rayonunda olduğu söylənilir.

Məlumatda bildirilir ki, icra başçısı sel daşqınları zamanı yaranmış fürsətdən istifadə edərək bir çox obyektləri təbii fəlakətdən ziyan çəkmiş insanlara ayrılmış maliyyə vəsaitləri hesabına inşa etdirib. Həmçinin həmin ərəfədə rayonda özünə restoran da tikdirib. Bildirilir ki, Cabbarov gecələr işdən sonra vaxtını əsasən bu restoranda keçirir. Onun rayonda, Heydər Əliyev prospektində də bir neçə ticarət obyektinin olduğu söylənilir.

Məlumatda qeyd olunur ki, icra başçısının biznes obyektləri yaxın qohumlarının adına sənədləşdirilib və bu obyektləri sadalamaqla bitməz. Bildirlir ki, İxtisasca mühəndis-mexanik olan Siracədin Cabbarovun Saatlıdakı biznesi barədə daha geniş məlumat yaxın zamanlarda ölkənin mətbu orqanlarına təqdim olunacaq.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…