BolgeXeber.Com » Bölgə » İsmayıllıda «asfaltyeyən» peyda olub

İsmayıllıda «asfaltyeyən» peyda olub

18-12-2012, 20:00
Oxunub: 4 828 10 saylı Yol İstismar İdarəsinin rəhbəri Məhəmməd müəllim rayon üçün ayrılmış asfaltı varlılara və qonşu rayonlara satırmış

Azərbaycanın dağlıq rayonlarından biri olan İsamayıllının mərkəzində doğru -düzgün asfalt yolun olmadığı deyilir. Bu barədə tia.az-a danışan rayon sakinləri bildirirlər ki, hətta rayonun mərkəzindəki bazarın qarşısından keçən yol bərbad durumdadır.
Onların sözlərinə görə, indiyə qədər sənədlərdə bu yolun bir neçə dəfə asfaltlandığı, hətta təmir olunduğu qeyd olunub. Əslində isə bu məqsədlə ayrılmış pullar bir nəfərin cibinə gedib. Tia.az-a məlumat verən sakinlərin sözlərinə görə, uzun illərdir İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin rəhbəri Məhəmməd müəllim rayonda «asfaltyeyən» kimi akd çıxarıb. Buna səbəb isə onun illərdir nəzərdə tutulan yollara asfalt çəkmək əvəzinə, heç bir iş görməməsi səbəb olub.
Qeyd olunur ki, Məhəmməd müəllim rayondaxili yolların asfaltlaşdırılması işlərini də həyata keçirmir. Yalnız görüntü xatirinə bəzi yollara aşağı keyfiyyətli qumm qarışıq mazut vurmaqla işini yekunlaşdırır. Bu azmış kimi, rayon üçün nəzərdə tutulmuş asfalt kvotasını isə həm İsmayıllının imkanlı adamlarına, həm də qonşu rayonlara satmaqla məşğuldur.
Məlumatı verən şəxsin iddiasına görə, hal hazırda İsmayıllıda bir maşın asfaltın qiyməti 1000 manatdır. Onun çəkilməsi prosesi isə Məhəmməd müəllimin nəzarəti altında həyata keçirilir və bunun üçün də əlavə olaraq 300 manat tələb olunur. Rayonun imkanlı adamları isə küçələrini və həyətlərini asfaltlaşdırmaq üçün onun xidmətlərindən yararlanırlar.