BolgeXeber.Com » Bölgə » Mingəcevir təhsilində biabırçılıq

Mingəcevir təhsilində biabırçılıq

18-12-2012, 20:15
Oxunub: 3 613 Mingəçevir şəhər 2 saylı orta məktəbin direktoru: “Nə istəyirsiniz yazın,mənim də arxamda dayananım var”

Keçən sayımızda internet poçtumuza daxil olmuş şikayət məktubuna istinadən qeyd etmişdik ki, Mingəçevir şəhəri 2 saylı orta məktəbində şagirdlərdən yeni il şənlikləri üçün 30 manat məbləğində pul yığılır.
Məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq üçün məktəbin direktoru Zəhra xanımla əlaqə saxladıq.İlk öncə direktor faktı nə təsdiqlədi, nə də inkar etdi. Hər vasitəylə xəbərin portaldan çıxarılması təşəbbüsündə bulundu və həftənin bazar ertəsinəcən vaxt istədi ki,iclas çağırıb həmin məsələni müzakirə edərək redaksiyamıza məlumat verəcək. Biz dəfələrlə onunla əlaqə yaratmaq istəyimizə baxmayaraq bu gün iş gününün sonunda onunla əlaqə qura bildik. Zəhra xanım aqresiv olaraq “Nə istəyirsiniz yazın,mənim də arxamda dayananım var” dedi və telefonu qapatdı. Telefonu qapatmaq Zəhra xanımın öz işidir. Ancaq fakt odur ki, respublikamızın əksər məktəblərində müxtəlif bəhanələrlə valideyinlərdən pul yığılması artıq adət halına çevirilib.O cümlədən Mingəçevir şəhər 2 saylı orta məktəbində də. Hörmətli Nazirimiz Misir Mərdənov cənabları bu gün belə hallar barədə geniş auditoriya qarşısında çıxış edərək birmənalı şəkildə bildirdi ki, belə faktlar aşkar olunarsa şəxsən ona zəng edib məlumat verilsin.Biz də Mingəçevir şəhər orta məktəbində baş verən bu olayı təbii ki, cənab nazirə rəsmi şəkildə bildirəcəyik. Qaldı Zəhra xanımın “söykəndiyi dağa”... Onun adi müəllimlikdən birbaşa direktor kreslosuna necə əyləşməsindən bizim də xəbərimiz var. Bu barədə danışacağıq, ancaq növbəti yazımızda.Təbii əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin...