Qazaxda İdman Kompleksi «özəlləşdirilib»
19-12-2012, 08:40
Oxunub: 5 132
İcra Hakimiyyətinin şöbə müdiri gələn qonaqlara buranın yüksək çinli məmura məxsus olduğunu iddia edib
Qazax rayonunda fəaliyyət göstərən İdman Kopmleksində məşq etmək istəyənlər üçün məhdudiyyət yarandığı deyilir. Bolgexeber.com-a verilən məlumata görə, həmin məhdudiyyət isə gələnlərdən pul tələb olunması ilə bağlıdır.
Məlumatda deyilir ki, bu kompleksdən əldə olunan pullar isə Qazax rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Gündüz müəllimə çatırmış. İddialara görə, Gndüz müəllim gün ərzində bir neçə dəfə kompleksə gələrək, orada yığılmış pulları alaraq gedir. Üstəlik, ortalığı qarışdıracaq bir başqa iddia da var.
Məlumatda deyilir ki, Gündüz müəllim yığdığı pulların heç də əsassız olmadığını izah etməyə çalışır. Belə ki, o, bir neçə nəfərin yanında iddia edib ki, Qazaxın İdman Kompleksi yüksək çinli məmurlardan birinə məxsusdur və yığılan pullar da ona gedir.
Bizim bildiyimiz isə odur ki, bu komplekslərin hamısı dövlət büdcəsinin vəsaiti ilə inşa olunub. Və onun hər hansı bir məmur tərəfindən idarə olunması da inandırıcı deyil. Görünür, Gündüz müəllim qazanc əldə etmək üçün heç də uğurlu variant tapmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər