BolgeXeber.Com » Bölgə » Şamaxı təhsilndə yiyəsizlik

Şamaxı təhsilndə yiyəsizlik

22-12-2012, 11:15
Oxunub: 5 731 Məktəb direktorları təhsil şöbəsinin müdirini saymırlar

Şamaxıda təhsil sistemində özbaşınalıq hökm sürür. Vəziyyət o həddə çatıb ki, artıq orta məktəblərin direktorları təhsil şöbəsinin müdiri Səadət Veysovanın verdiyi tapşırıqları qulaqardına vurur. Bəzi direktorlar isə iclaslarda onu tənqid etməklə yanaşı, həm də az qala ələ salırlar.
Bolgexeber.com-a verilən məlumata görə, Səadəq Veyisovanın təyinatından sonra bəzi məktəblərin müəllimləri heyrətə düşüblər. Məlumatda deyilir ki, heç bir iş bacarmayan Səadət xanımın belə mühüm posta gətirilməsi müəllimlər tərəfindən də birmənalı qarşılanmayıb. Elə bu səbəbdən də direktorlarla şöbə müdiri arasında narazılıq yaranıb.
Məsələn, Şamaxının Qaravəlli kənd orta məktəbinin direktoru ümumiyyətlə, təhsil şöbəsinin müdirini saymır. Bütün qohumlarını məktəbdə işlə təmin edən direktora bir-neçə dəfə xəbərdarlıq edən Veyisovaya isə sərt cavab verilib və ona öz işləri ilə məşğul olması tövsiyyə olunub.
Amma Şamaxı təhsilindəki vəziyyət təkcə bununla da bitmir. Vəziyyət elədir ki, şöbə müdiri gücü çatan direktorlardan aylıq “haqq” da alır. Üstəlik, Bakıdan gələn qonaqların xərcini də onların üstünə yazır. Bu səbəbdəndir ki, artıq bəzi direktorlar işdən çıxmaq barədə düşünməyə başlayıblar.
Məsələ ilə bağlı daha maraqlı məlumatları yaxın günlərdə saytmızdan oxuya bilərsiniz.