BolgeXeber.Com » Bölgə » Ağdaşda Vahid Seyfəlov «formulu»

Ağdaşda Vahid Seyfəlov «formulu»

24-12-2012, 00:25
Oxunub: 4 840 ƏƏSMN-nin rayon şöbəsinin müdiri hamıdan “fərqlənmək” qərarına gəlib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələri haqqında çox yazılıb. Elə son bir ildə korrupsiyaya qarşı mübarizə çərçivəsində ən çox həbs olunanlar da bu nazirliyin işçiləridir. Lakin buna baxmayaraq, ƏƏSMN-nin yerli şöbələrində köhnə qaydalar davam edir.

Ağdaşdan Bolgexeber.com-a verilən məlumata görə, sözügedən nazirliyin yerli şöbəsinin rəhbəri Vahid Seyfəlov başqa şöbələrin rəhbərlərindən fərqlənmək fikrindədir. Mənbənin bildirdiyinə görə, Seyfəlovu başqalarından fərqləndirən cəhət isə odur ki, o, «altı ay sənin, 6 ay mənim» prinsiplərini qəbul etmir. Və ünvanlı sosial yardım almaq istəyən vətəndaşdan bəri başdan 300 manat istəyir. Daha doğrusu, «soğan olsun, nağd olsun» prinsipinə əməl edir.

Məlumatda deyilir ki, sözügedən şəxs bundan əlavə digər məsələlərdə də yeni «qaydalar» tətbiq edib. Məsələn, o, pensiya almaq istəyənlər üçün «pereskuryant» təyin edib və ona uyğun şəkildə pul alır. Belə ki, 1-ci qrup əlillik dərəcəsi almaq istəyən ağdaşlı üçün bu istəyi reallaşdırmaq minimum 2000 manatdır. O da sənədləri qaydasında olarsa. 2-ci qrup əlillik dərəcəsi almaq üçün isə 1200 manat istənilir. 3-cü qrupla pensiyaya çıxmaq istəyənlər isə Vahid Seyfəlovu 7-8 yüz manatla da görsələr olar.