Göygöldə dəhşətli ailə faciəsi
24-12-2012, 09:55
Oxunub: 5 456
Ər 21 yaşlı arvadını küçənin ortasında öldürdü
Dekabrın 23-də Göygöl rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Göygöl şəhərinin Heydər Əliyev prospektində 1987-ci il təvəllüdlü Rüstəmov Samir Rüstəm oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci ildə anadan olmuş Rüstəmova Nərmin Vəzir qızını bıçaqlayaraq qətlə yetirib.
R.Rüstəmov yaxalanıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Bolgexeber.com-un əldə etdiyi məlumata görə, R.Rüstəmovla N.Rüstəmova 5 il əvvəl ailə həyatı qurub. Həmin vaxt Nərmini sevən Samir onu Balçılı kəndindən qaçırıb və el adəti ilə gənclərin toyu olub. Bu nikahdan cütlüyün 3 övladı dünyaya gəlib. Lakin sonradan gənc ər-arvadın münasibətləri korlanıb. 3 uşaq anası olan 21 yaşlı N.Rüstəmova atası evinə qayıdıb və boşanmaq qərarına gəlib. Dekabrın 23-də isə o övladlarını götürmək üçün kənddən rayon mərkəzinə gəlib. Kiçik qardaşı ilə birlikdə H.Əliyev prospektindəki evə gələn qız qapını döyüb. Qapıya onun həyat yoldaşı 25 yaşlı S.Rüstəmov çıxıb. N.Rüstəmova bura övladlarını aparmağa gəldiyini deyib və onlarsız qayıtmayacağını bildirib. Onlar mübahisə ediblər və daha sonra əsəblərinə hakim ola bilməyən S.Rüstəmov 21 yaşlı Nərmini bıçaqlayaraq öldürüb.
Araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər