BolgeXeber.Com » Bölgə » İcra başçısına qarşı şok ittiham

İcra başçısına qarşı şok ittiham

25-12-2012, 08:45
Oxunub: 3 971 Məhəmməd Əbilhəsənov: “Dedim cənab başçı televizora baxırsan? Hər gün iqtisadi inkişafdan söz açılır. Bu cammaatın pulu hardandır sənə pul yığıb versin...”

Beyləqan rayon, Qəhrəmanlı qəsəbə sakinləri, icra başçısı Vaqif Abdullayevin onlardan rüşvət tələb etdiyini iddia edirlər. Qəsəbə sakinlərinin Bolgexeber.com-a verdiyi məlumata görə, hazırda içməli su üzünə həsrət qalıblar.
Xatırladaq ki, 2012-ci ilin may ayında icra başçısı V.Abdullayev adıçəkilən qəsəbəyə gedib. Bu zaman qəsəbə sakinləri icra başçıısna deyiblər ki, içməli su saridan əziyyət çəkirik. Bu zaman Vaqif Abdullayevin cavabı həm maraqlı, həmdə qıcıqlandırıcı olub: “5 manatdan yığın sizin yaşadığınız əraziyə su çəkdirim” Bu sözlər isə Qəhrəmanlı qəsəbəsində yaşayan sakinləri hiddətləndirib.
Qəhrəmanlı qəsəbə sakini Məhəmməd Əbilhəsənov deyir ki, Vaqif Abdullayev rayonda rüşvətxorluqla məşğuldur. Onun sözlərinə görə, icra başçısı onlardan su çəkdirmək adı altında 5 manat pul tələb edib: “Bunun kimi icra başçısı heç yerdə ola bilməz. Rüşvətxorun yekəsdir. Deyir 5 manatdan yığın sizə su çəkdirim. 2012-ci ilin may ayının 15 də Qəhramanlı qəsebəsinə gəldi və sakinlərlə görüş keçirdi. Sakinlər içməli suyun yoxluğundan şikayətləndilər. İcra başçısı bizə dedi ki, pul yığmasanız su çəkilməyəcək. Bu zaman dillənməli oldum. Dedim cənab başçı televizora baxırsan? Hər gün iqtisadi inkişafdan söz açılır. Bu cammaatın pulu hardan dır sənə pul yığıb versin. Vaqif Abdullayev dedi ki, səni yoxlatdırıacam. Görüm sən kimsən. Hələ də iççməli su üzünə həsrət qalmışıq”.
Məlumat üçün bildirək ki, «Qəhrəmanlı – Beyləqan rayonunda şəhər tipli qəsəbə (1966-cı ildə). Qəhrəmanlı qəsəbəsinin daxil olduğu Qəhrəmanlı inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 285 km məsafədə, rayon mərkəzindən 18 km cənub-şərqdə, Daşburun dəmiryol stansiyasından 11 km aralı, Beyləqan-Orconikidze-İmişli şose yolu kənarında, Orconikidze adına kanalın sağ sahilində, Mil düzündədir. Şimaldan rayonun Yuxarı Aran və Mayak, şimal-şərqdən və şərqdən Bahar, cənub-şərqdən Dünyamalılar, cənubdan Birinci Şahsevən, cənub-qərbdən və qərbdən Yeni Mil, cənubdan Milabad, şimal-qərbdən Yuxarı Aran kəndləri ilə həmsərhəddir.