Mingəçevirin səhiyyəsi viran edilir
25-12-2012, 13:05
Oxunub: 6 503
Baş həkim Paşayevlərin adından istifadə edir
Paytaxtdan kənarda, "gözdən və könüldən" uzaqda qalan əyalətlərimizdə, dövlət büdcəsindən maliyyəşən bəzi müəssisələr var ki, onlar hələ də dövlət qanunlarına, prezidentin fərmanlarına məhəl qoymur və ya laqeyd yanaşırlar. Bu müəssisələr sırasına Mingəçevir şəhər Mərkəzi xəstəxanasını aid etmək olar. Bolgexeber.com-a daxil olan məlumata görə Mingəçevir xəstəxanasına müraciət edən sakinlərdən adi bir iynə vurulması və ya müayinə üçün pul tələb olunur. Səbəbini soruşduqda isə həkimlər "biz özümüz öz cibimizdən spirt, bint, pambıq və ya dərman almalıyıq" - deyə cavab verirlər.
Məlumatlarda daha sonra bildirirlir ki, sözü gedən xəstəxsnanın baş həkimi iradı olan xəstələrə hədə qorxular da gələrək deyir ki, kimə istəsələrsə şikayət edə bilərlər. Məlumatlı mənbə idda edir ki, Mingəçevir şəhər xəstəxanasının baş həkimi Muxtar Paşayev səhiyyə naziri Oqtay Şirəliyevdən də çəkinmədiyini dilə gətirir. Xəsətxananı düşmən malı kimi viran edilməsində baş həkimin müstəsna xidmətləri olub. Baş həkim problemin Mingəçevirdən kənara çıxmasından da narahat deyil. Muxar Paşayev Azarbaycanın birinci xanımı Mehriban Əliyevanın adından istifadə edərək onun Paşayevlərlə qohumluq əlaqələrinin olduğunu da gizlətmir. Elə bu baxımdan baş həkim xəstəxanada törətdiyi özbaşınalıqların mətbuatda işıqlandırlımasından çəkinmir. Muxtar Paşayev onun arxasında xüsusi olaraq Paşayevlərin dayandığından insanların hüquqlarının tapdalanması onu narahat etmir.
Respublikanın bütün tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmət, müayinələr və dərman preparatları pulsuz olduğu halda baş həkim Muxtar Paşayev özünün xəstəxanada tarıf lövhəsini asıb. Sözü gedən xəstəxanada pulu olmayan xəstəni nəinki müalicə, heç müayinə də etmirlər. Adi bir sarğının aparılması xəstələrin şəxsi vəsaiti hesabına başa gəlir. Həkimlər xəstələrə gəlir mənbəyi kimi baxirlar. Etiraz edənə isə,"bizim xəstəxanaya dövlət tərəfindən heç bir dava-dərman verilmir"deyərək, özlərinə haqq qazandırmağa çalışırlar. Artıq Mingəçevir səhiyyəsin dözülməz durumu yerli sakinlərin də ciddi narazılığına səbəb olub. Muxtar Paşayev isə Mingəçevirdə özünü səhiyyə nazirir kimi aparır.
Qeyd edək ki, bir müddət öncə nazir Oqtay Şirəliyev səhiyyə sistemində problemin olmadığını, rüşvətə qarşı mübarizənin gücləndirdiyini vurğuladı. Hətta, səhiyyədə rüşvət barədə yazılanları "gülməli"adlandırdı. Ancaq fakt odur ki,səhiyyə nazirliyi rüşvətə qarşı mübarizənin gücləndirildiyini iddia etsə də, xəstəxanalarda, poliklinikalarda həkim-xəstə sövdələşməsi çox açıq formada davam edir.
Artıq bu özbaşınalıqların o həddə çatıb ki, həkimlər pul ödəməyən xəstələri düzgün müalicə etməyib onların həyatının təhlükə altına atırlar.
P.S. Növbəti yazılarımızda sağlam insanları saxta sənədlərlə xəstə çıxaran baş həkimin qanunsuzuqları haqqında geniş məlumat verəcəyik.
bizimdovr.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər