İkinci «Elşad Abdullayev» peyda olub
14-01-2013, 01:30
Oxunub: 4 975
Beyləqanın icra başçısı Vaqif Abdullayevin keçmiş müavini İkram Yaqubov bütün sirrləri açacağını deyib
Beyləqanda icra başçısı Vaqif Abdullayevlə müavini İkram Yaqubov arasında gedən dartışma ikincinin işdən çıxarılması ilə nəticələnib. Bolgexeber.com TİA.AZ-a istinadən xəbər verir ki, Yaqubovun işdən çıxarılması üçün yetərli qədər «səbəb» əvvəlcədən tapılıb.
Belə ki, icra başçısı özünün keçirdiyi bir sıra yığıncaqlarda keçmiş müavininə xəbərdarlıqlar edirmiş. Həmin xəbərdarlıqlar isə birbaşa İkram Yaqubovun rayonda həyata keçirdiyi ciddi maxinasiyalarla bağlı imiş. Həmin prosesdə başçısı ilə anlaşmayan və bölüşməyən keçmiş müavinlə yollarını ayırmağa qərar verən Beyləqanın «sahibi» onu işdən çıxarmaq qərarına gəlib.
Lakin keçmiş müavin də «az aşın duzu deyilmiş» və o, yeni vəzifəyə təyinat almaq üçün hazırlaşdığını bildirib. Məlumata görə, İkram Yaqubovun yaxın vaxtlarda heç də kiçik olmayan postlardan birinə sahiblik edəcəyi gözlənilir. Keçmiş işindən töhmətlə çıxarıldığı üçün bunun əmək kitabçasında yer alması da əhəmiyyətli vasitə kimi qəbul edilmir. Məlumatlara görə, Yaqubov bununla yanaşı, həmin töhmətli sözləri kitabçasından sildirməyi də bacarıb. Və bu məsələdə Beyləqanın icra başçısı Vaqif Abdullayevi əksər məclislərdə sərt şəkildə ittiham etməyə başlayıb. Üstəlik, yaxın günlərdə icra başçısından şikayətçi olacağını da gizlətməyib. Rayondakı bütün «zibillərin» üstünü açacağını vəd edən keçmiş müavin əlində yetərli qədər sənəd-sübutun olduğunu vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər