Astara qaranlığa qərq oldu
14-01-2013, 01:30
Oxunub: 4 797
Rayonun 70 faizində işıqlar söndürülüb, icra başçısı vəzifə satdığı adama göz yumur
Dünən gecə saatlarında Astara rayonunun 70 faizə qədəri qaranlığa qərq olub. Bolgexeber.com sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən xəbər verir ki, artıq ənənə şəklini almış belə hallar rayon sakinlərinin əsəblərini tarıma çəkməyə başlayıb.
Sakinlərin dediyinə görə, icra başçısı Qəzənfər Ağayevin tapşırığı əsasında həyata keçirilən bu proses «qənaət» adlanır. Onlar bildirirlər ki, xüsusən də həftənin son günləri belə vəziyyətlər davamlı olaraq yaşanmağa başlayıb. Sakinlərin qənaətinə görə, burada «qənaət» məsələsi bəhanədir. Çünki işin içində ehtimal olunan iki məsələ var.
Birincisi, icra başçısı Qəzənfər Ağayev Astara Elektrik Satışı və Paylaşımı İdarəsinin müdirinin yerini satıb və bu səbəbdən də müdir işıqları kəsərək, hər ayın sonu daha artıq pul almaqla verdiyini çıxarmağa çalışır. İkincisi isə həftənin bazar günləri Media TV-dən «Azərbaycan Saatı» verilişi yayımlanır ki, bunun da camaat tərəfindən izlənilməsinə imkan verilməmək üçün işıqlar söndürülür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər