Şagirdləri döyən müəllim danışdı
16-01-2013, 04:00
Oxunub: 5 501
Oğlanların sinifdə qızların yanında söyüş söyməsi müəllimi hövsələdən çıxarıb
Xəbər verildiyi kimi, bu gün “YouTube” internet portalında məktəb müəlliminin şagirdləri döydüyünü əks etdirən video görüntü yayılıb. Əvvəlcə görüntülərin bölgələrdən birində lentə alındığı bildirildisə də, sonradan onun Sumqayıt şəhəri 17 saylı məktəbdə baş verdiyi məlum oldu. Biz də hadisənin təfərrüatlarını öyrənmək üçün məktəbə yollandıq. Bir növbəli dərs sistemi olduğundan şagirdlərdən heç kimi tapa bilmədik. Öyrəndik ki, hadisə ötən ilin oktyabrında 9b sinfində qeydə alınıb.
Elə hadisənin birbaşa iştirakçısı olan Ziyadxan Məmmədovla da görüşdük. 25 ildir ki, məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən pedaqoq həmin vaxt tarix müəlliməsinin şagirdləri islah edə bilmədiyi üçün sinifə çağırıldığını deyib. Ancaq oğlanların sinifdə qızların yanında söyüş söyməsi müəllimi hövsələdən çıxarıb və o bu addımı atıb.
Məktəbin direktoru Nargilə Səfərova isə adıçəkilən müəllimin artıq vəzifəsindən azad olunduğunu və bu gün verilən əmrə əsasən sıravi müəllim kimi çalışacağını deyib.
Sumqayıt şəhər təhsil şöbəsində də məsələdən bu gün xəbərə tutublar. Qurumun müdiri Mahal Əliyev internet portalda videonu izlədikdən sonra direktoru və həmin müəllimi idarəyə çağıraraq töhmət verdiyini bildirib.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə hadisənin nəzarətə götürüldüyünü söyləyib. Şöbə müdiri Ziyadxan müəllimin timsalında şagirdə qarşı güc tətbiq edən istənilən müəllimin sərt qaydada cəzalandırılacağını bəyan edib. Xatırladaq ki, ötən ay da Ağstafanın orta məktəblərindən birində şagirdlərin döyülməsini əks etdirən video görüntülər yayılmışdı. Kadrlarda müəllimin məktəbliləri çubuqla döydüyü aydın görünür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər