Deputatın evi yandı
16-01-2013, 11:15
Oxunub: 5 031
Hadı Rəcəbliyə kiçik zərər dəyib
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Lənkəran şəhərindəki evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 15-də saat 21.30 radələrində qeydə alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 3 kv.m sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib və yanğın söndürülüb. İlkin versiya kimi, hadisəyə odun sobasından çıxan qığılcımın səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
APA-nın əməkdaşı komitə sədrinin Lənkəranda yerləşən evi ilə telefon əlaqəsi yaradıb. Telefona Nazimə Mirzəyeva adında bir qadın cavab verib. N. Mirzəyeva qeyd edib ki, o, bir uşağı və bacısı ilə birlikdə Hadi Rəcəblinin valideynlərinin Lənkərandakı evində sığınacaq tapıb. Qadın deyib ki, Milli Məclisin deputatı tərəfindən onlara hər cür şərait yaradılıb, maddi vəsait, yardımlar göstərilir: “Hadisəyə mənim diqqətsizliyim səbəb olub. Sobanın evin tavanı ilə birləşən hissəsində taxtada kiçik yanğın olub. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə evə ciddi zərər dəyməyib, yanğının qarşısı alınıb. Hazırda evdə istilik və bütün kommunikasiyalar tam fəaliyyət göstərir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər