BolgeXeber.Com » Bölgə » Bərdədə gənc ifaçıların respublika müsabiqəsinin 1-ci turu keçirilib-FOTO
Bərdədə gənc ifaçıların respublika müsabiqəsinin 1-ci turu keçirilib-FOTO
16-04-2018, 09:56
Oxunub: 5 708
Bərdə Regional Mədəniyyət və Turizm idarəsi Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləti üzrə gənc ifaçıların respublika müsabiqəsinin 1-ci turunu təşkil edib
Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində olan Bərdə rayon 1 nömrəli uşaq incəsənət məktəbində baş tutan müsabiqədə 3 yaş kateqoriyası üzrə (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) iştirakçılar yarışıb. Müsabiqədə regional idarənin tabeliyində olan Bərdə, Tərtər rayon, Yevlax, Mingəçevir şəhər uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri iştirak ediblər.
Müsabiqəni giriş sözü ilə regional idarənin aparıcı-mütəxəssisi Orxan İbrahimov açaraq tədbir iştirakçılarını müsabiqənin şərtləri ilə yaxından tanış edib.
Daha sonra müsabiqəyə start verilib və müsabiqə iştirakçılarının çıxışları münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.
Müsabiqə iştirakçılarından 9-11 yaş kateqoriyası üzrə Şəhid F. Quliyev adına Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin 1-ci sinif şagirdi Büsat Yusifzadə Yusif oğlu və Bərdə şəhər 1 saylı uşaq incəsənət məktəbinin 3-cü sinif şagirdi Novruzzadə Nərmin Etibar qızı, 12-14 yaş kateqoriyası üzrə Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin 5-ci sinif şagirdi Əsgərov Ayxan İdris oğlu və 15-17 yaş kateqoriyası üzrə Mingəçevir şəhər Bülbül adına uşaq musiqi məktəbinin 5-ci sinif şagirdi Abdullayev Kamil Kənan oğlu müsabiqənin Bakı şəhərində keçiriləcək 2-ci turunda iştirak etmək hüququ qazanıblar.
Sonda regional idarənin rəisi İlyas Hacıyev müsabiqədə uğur qazanmış yarışmaçılara tövsiyyələrini çatdıraraq onlara uğurlar arzulayıb. O, həmçinin, onu da qeyd edib ki, dahi bəstəkar Qara Qarayevin zəngin mədəni irsi bu gün yetişməkdə olan gənc nəslə əsl məktəb və zəngin xəzinədir.
Qeyd edək ki, müsabiqənin 2-ci turu 1-5 may tarixlərində Bakı şəhərində keçiriləcəkdir.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər