BolgeXeber.Com » Bölgə » Elmar Vəliyev Gəncə ruhanisini və rektoru təhqir etdi

Elmar Vəliyev Gəncə ruhanisini və rektoru təhqir etdi

21-01-2013, 15:40
Oxunub: 8 729 Hacı Tahir öldürülə bilər

Yanvarın 19-da yeni il məzuniyyətindən qayıdan Gəncə şəhər İcra hakimiyyətinin baçşısı Elmar Vəliyev iclas keçirib. Axşam 20.00 radələrində keçirilən iclas icra başçısının öz ampulasında olduğunu bir daha təsdiqləyib. Uzun müddətdən bəri Gəncədə olmayan 20 yanvar faciəsinin il dönümü ilə bağlı tədbir Elmar Vəliyevin şəhərin digər rəhbər şəxslərini hədələməsi və təhqiramiz münasibəti ilə yadda qalıb. İlk hədəf Azərbaycan Texnologiya Universitetinin rektoru Telman Məlikov olub. Gəncənin tanınmış ziyalılarından olan Telman Məlikov iclasda ağır təhqir olunub. Daha sonra icra başçısı “Gəncənin axundu da mənim barəmdə öz imzası ilə şikayət edib” deyə, Gəncə ruhanisi haqqında təhqiramiz ifadələr işlədib. Bildirib ki, Gəncənin axundu “yuxarılara” onun fəaliyyəti ILƏ bağlı şikayət edib. İclasda iştirak edən mənbəmizin sözlərinə görə, Elmar Vəliyevin axund adlandırdığı şəxs Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasovdur. İcra başçısının Hacı Tahir ilə münaqişəsi Gəncəyə təyin olunduğu vaxtdan bəri davam edir və Vəliyevin son açıqlanması ruhaninin onun barəsində rəsmi şikayət etməsindən xəbər verir.

İcra başçısının Hacı Tahir əleyhinə 20 yanvarla bağlı tədbirdə danışması iştirakçıların marağına səbəb olub. Çünki Milli Azadlıq Hərəkatında iştirak etdiyi üçün Lefortovo həbsxanasında yatan və ictimaiyyət arasında Seyid Tahir Qarabaği kimi tanınan Hacı Tahirin məhz 20 yanvar faciəsinin ildönümündə hədələnməsi təəssüfdoğurucu faktdır. Çünki tam 23 il əvvəl rus ordusu tərəfindən həbs olunmuşdu, bu gün isə icra başçısı tərəfindən “topa tutulur”. Ancaq öz imzası ilə şikayət məktubu yazdığı üçün icra başçısı tərəfindən hədələnən Hacı Tahir Abbasovun şikayət məktubunun məzmunu açıqlanmayıb. Onun yerli gəncəli olaraq, Vəliyev tərəfindın uçurulan tarixi binalarla, yoxsa Vəliyevin Yevlaxda başladığı və Gəncədə davam etdirdiyi dinə və dindarlara qarşı düşmənçilyindən şikayət etdiyi bəlli deyil.

Gəncəli məmurun saytımızın emal adresinə göndərdiyi məktubda bildirilir ki, Gəncədə bütün rəhbər şəxslər Elmar Vəliyevdən qorxur və onun qarşısında söz deyə bilmirlər. Bu səbəbdən də Hacı Tahirin şikayət məktubu yazması ciddi fakt olmaqla yanaşı, bu şəxs üçün real təhlükə deməkdir. Mənbəmiz Hacı Tahirin taleyinin Elmar Vəliyev ilə problemləri olan və icra başçısı tərəfindən ölümlə hədələndikdən sonra öldürülən iş adamı Fehruz Nəsibovunkuna bənzəyəcəyindən əndişələnir. O, “Gəncədə heç kim başçı ilə münasibətini korlamaq istəmir. Çünki Fehruz Nəsibov yuxarılara Elmar Vəliyevin qanunsuz fəaliyyətindən şikayət etmək üçün Bakıya gedərkən, gümüşü rəngli BMW markalı maşın tərəfindən izləndiyini görüb. BMW-nin içində isə Seyid İlham, Elmar Vəliyevin Famil adlı sürücüsü, habelə başçının mühafizəçisi, eyni zamanda qonşusu Səfər adlı şəxs olub. Xaldan dairəsində Feyruz Nəsibov maşını Bakıya tərəf yox, əks istiqamətə - Mingəçevirə sürüb. Məqsədi isə şəhər polis şöbəsinə, daha doğrusu, polis rəisi olan dostu Ələsgər Bədəlova sığınmaq olub. Elə polis idarəsinin önündə də güllələnib. Belə bir qalmaqalın üzə çıxmasına izn verilməyib. Belə olduğu təqdirdə, Hacı Tahirin risk etdiyini söyləyə bilərik.

Və ya Hacı Tahir daha yüngül ittihamla da üzləşə bilər. Necə ki, Yevlaxın axundu da Elmar Vəliyevin qara siyahısında idi və o, qadınla şərlənmişdi. Yəni, icra başçısının mübarizənin bütün növlərindən istifadə edərək, ya şərlətmək, ya da aradan götürmək yollarından birini seçəcəyi gözləniləndir. Son açıqlaması isə Gəncə ruhanisini ictimaiyyətin gözündən salmaq məqsədi daşıdığı vurğulanmaqdadır.