Leysan yağışlar Zaqatalada fəsadlar törətdi
12-05-2018, 16:46
Oxunub: 6 102
Zaqatalada küləklə müşahidə olunan leysan yağışlar bir sıra fəsadlar törədir
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 11-i günün ikinci yarısından başlayaraq şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın hərarəti ötən günlə müqayisədə 13 dərəcə aşağı düşüb.
Bölgənin Zaqatala rayonuna isə fasilələrlə küləklə müşahidə edilən leysan yağışları yağıb. Külək nəticəsində Zaqatala şəhərinə yaxın kəndlərin inzibati ərazisində bir sıra yerlərdə ağac budaqları və elektrik naqilləri qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Zaqatala PEŞ-nin əməkdaşlarının səyi nəticəsində baş vermiş qəzalar aradan qaldırılaraq elektrik enerjisinin verilməsi bərpa edilib.
Dağlara yağan leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxıb. Rayonun ən böyük çayı Tala çayında suyun səviyyəsi qalxması nəticəsində çayın Göyəm kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsində kənd sakini Famil Əmrah oğlu Ramazanovun idarə etdiyi qoşqulu traktor çayda qalıb. Sürücü və traktorun qoşqusunda olan üç nəfər, Göyəm kənd sakinləri Bilal Yəhyə oğlu Əhmədov, Cavid Yəhyə oğlu Əhmədov və Bəxtiyar Bilal oğlu Əhmədov əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazırliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çaydan çıxarılaraq təhlükəsiz əraziyə aparılıblar.
Qeyd edək ki, hazırda bölgəyə intensiv yağışların yağması davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər